Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru ulu öndər Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət edib

 

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəlabidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Azərbaycan.- 2015.- 2 oktyabr.- S. 6.