Unudulmaz musiqi bayramı

 

Ötən bazar günü cəbhə bölgəsi olan Ağdamda xoş ovqat yaşandı. Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində xalq artisti, “Şöhrətordenli muğam ifaçısı Mənsum İbrahimovun 55 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qeyd etmişdir ki, Qarabağ Azərbaycan milli musiqisinin inkişafına bütün zamanlarda mühüm töhfələr vermişdir. Bu işdə Qarabağ muğam məktəbi nümayəndələrinin rolu kifayət qədər böyükdür. Onlardan biri xalq artisti, Prezident təqaüdçüsü Mənsum İbrahimovdur. Musiqi bayramında xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər Təyyar Bayramov, Cabir Abdullayev, Səbuhi İbayev, məşhur gitara ifaçısı Rəmiş başqaları ifa etdikləri musiqi nömrələri ilə tədbir iştirakçılarına xoş ovqat bəxş etmişlər.

Mənsum İbrahimov əməyinə verilən yüksək qiymət üçün Prezident İlham Əliyevə, milli-mənəvi dəyərlərimizin böyük hamisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, bütün muğamsevərlərə minnətdarlığını bildirmişdir.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 8.