Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələr yüksək səviyyədədir

 

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin daşınması digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə məlumat mübadiləsinin aparılması, birgə sərhəd təlimlərinin keçirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi digər maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsi işinin təşkili inkişafı məsələlərində Dövlət Sərhəd Xidməti ilə fəal əməkdaşlığa görə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi AkarıAzərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı ilə təltif edib gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

 

Azərbaycan.- 2015.- 8 oktyabr.- S. 2.