Azərbaycan Respublikasının təhsil işçilərinəƏməkdar elm xadimifəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan elminin inkişafında yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə aşağıdakı şəxslərəƏməkdar elm xadimifəxri adı verilsin:

 

Hümbətov Ramiz Topuş oğlu

Hüseynov Telman Əlihüseyn oğlu

Məmmədov Havar Əmir oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2015-ci il