Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

 

Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri, eləcə respublikamızın qadın ictimaiyyətinin nümayəndələri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklillər qoyulub.

Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, anım mərasimində bu elm müəssisəsinin direktoru Gövhər Baxşəliyeva, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək görkəmli alimin keçdiyi mənalı həyat yolundan, zəngin elmi irsindən söz açıblar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 11 oktyabr.- S. 2.