Bakıda dünya “Fair Play” mükafatlarının təqdim edilməsi mərasimi keçirilib

 

Bakı Biznes Mərkəzində dünya “Fair Play” mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər idman naziri Azad Rəhimov, Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti, Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən gənclər idman naziri Azad Rəhimov oktyabrın 7-dən 11-dək ölkəmizdə Avropa “Fair Play” Hərəkatının (EFPM) Beynəlxalq “Fair Play” Komitəsinin (CIFP) birgə konqresinin uğurla keçirildiyini qeyd edərək qonaqlara uğurlar arzulayıb. A.Rəhimov, həmçinin dünya Avropa “Fair Play” mükafatlarına layiq görülən şəxslərə təbriklərini çatdırıb.

Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer nazir Azad Rəhimova EFPM-in xüsusi mükafatını təqdim edib.

Həmçinin EFPM CİFP prezidentlərinə Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin plaketləri təqdim olunub.

Mərasimdə Avropa “Fair Play” Hərəkatının, Beynəlxalq “Fair Play” Komitəsinin Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Avropa təşkilatının mükafatları da müxtəlif nominasiyalar üzrə qaliblərə təqdim edilib.

Tədbirdə, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının idman təşkilatları arasında apardığı sorğunun nəticələrinə görə qaliblər elan edilib mükafatlandırılıblar.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev bu sahədəki xidmətlərinə görə beynəlxalq mükafata layiq görülüb.

Ədalətli oyun prinsiplərinə sadiq idman xadimi nominasiyasında Azərbaycan Taekvondo Boks federasiyalarının prezidenti Kəmaləddin Heydərov, ədalətli oyun prinsiplərinin təbliğatçısı nominasiyasında isəİdmanqəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyev fərqləniblər.

Ədalətli oyun prinsiplərinə sadiq hakim, məşqçi idmançı nominasiyalarında isə müvafiq olaraq beynəlxalq dərəcəli hakim Nərgiz Mehdiyeva, məşqçi Rəhman Hətəmov yunan-Roma güləşçisi Rəsul Cunayev mükafatlandırılıblar.

Mərasimdə, həmçinin Türkiyə, Rusiya Azərbaycanın ədalətli oyunlar komissiyalarının xüsusi mükafatları da təqdim edilib.

 

AZƏRTAC

Azərbaycan.- 2015.- 11 oktyabr.- S. 2.