V.İ. Abdullayevin 3-cü dərəcəliVətənə xidmətə görəordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Vaqif İdris oğlu Abdullayev 3-cü dərəcəliVətənə xidmətə görəordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 oktyabr 2015-ci il

 

 

Azərbaycan.- 2015.- 15 oktyabr.- S. 1.