Prezident İlham ƏLİYEV: “Sosial-iqtisadi göstəricilərimiz bir daha təsdiq sübut edir ki, biz düzgün yoldayıq

 

Baş verən siyasi gərginliklər, müxtəlif regional müharibə münaqişələr dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. 2008-ci ilin qlobal maliyyə böhranından hələ tam çıxmayan dünya ikinci bir iqtisadi-siyasi gərginlik yaşayır. Bunun fəsadı həm neftə dəyir - qiyməti kəskin surətdə aşağı düşür. Belə hal ilk növbədə neft ixrac edən ölkələrin iqtisadiyyatına ciddi ziyan vursa da, başqa ölkələr bu ya digər dərəcədə bundan əziyyət çəkir. Bir sözlə, qarşıdurmalardan qaynaqlanan siyasi böhran zəncirvari şəkildə dünya iqtisadiyyatına neqativ təsirini göstərməkdə davam edir.

Bütün bunların fonunda vaxtında həyata keçirilən uğurlu siyasət Azərbaycan iqtisadiyyatının dayanıqlığını sığortalayır. Nəticədə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı dinamik inkişaf etməkdə davam edir. İqtisadiyyatın şaxələndirilməsi isə qeyri-neft sektorunda məhsul istehsalının ildən-ilə artması ilə nəticələnir. Təkcə cari ilin 9 ayında qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında həyata keçirilən uğurlu iqtisadi islahatlar barədə demişdir: “Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir neçə il bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir. Çünki Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır. Ona görə qeyri-neft sənayesinin 10 faizdən çox artması, əlbəttə ki, bizi həm sevindirir, həm daha da ruhlandırır. Biz bu yolla getməliyik sənayenin inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir”.

Ölkəmizin iqtisadi inkişafının dönməz xarakter alması rəqabətqabiliyyətli olmasını beynəlxalq qurumlar da təsdiq edir. Sonuncu dəfə Qlobal Rəqabət Qabiliyyəti tərəfindən dərc edilən hesabatda Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşıb. Bu da ölkəmizə MDB məkanında 7 il lider mövqeyini qorumağa, “G-20”yə üzv olan 8 ölkəni qabaqlamağa imkan verib. Bundan başqa, ölkəmizmakroiqtisadi vəziyyətgöstəricisi üzrə 10-cu yeri tutaraq biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişə nail olub. Eyni zamanda, “Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozusabitsaxlayıb. Beynəlxalq Valyuta Fondu isə bu günlər ölkəmizin 2015-ci il üçün iqtisadi artım proqnozunu təxminən 4 faiz civarında hesablayıb.

Məlumdur ki, iqtisadiyyatın dinamik inkişafında kapital qoyuluşu önəmli rol oynayır. Hər yatırılan investisiya yeni istehsal xidmət müəssisəsi deməkdir. Xüsusilə investisiyaların bütün ölkə üzrə düşünülmüş şəkildə yatırılması iqtisadiyyatın tarazlı regional inkişafına təkan verən amillərdəndir. Son statistikaya görə, cari ilin 9 ayında ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Bunun 9 milyardı daxili, 7 milyardı xarici investisiyadır. Dövlət tərəfindən özəl sektora maliyyə dəstəyi göstərmək məqsədilə 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilib bu kreditlər hesabına 9900-dək yeni yerlərinin yaradılması nəzərdə tutulub. Kreditlərin 47 faizi büdcə, 53 faizi qaytarılan vəsaitlər hesabına verilib. Bu vəsaitin 64 faizi regionların, 36 faizi Bakı ətraf qəsəbələrin payına düşür. İlin sonunadək ümumilikdə 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Hesabat dövründə verilən güzəştli kreditlərlə 3-cü regional inkişaf Dövlət Proqramı çərçivəsində bölgələrdə 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət ticarət müəssisələri fəaliyyətə başlayıb. Bu aylar ərzində regionlarda sosial obyektlərin tikintisi paralel şəkildə aparılıb. Belə ki, ilin əvvəlindən yerlərdə 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər idman, 24 mədəniyyət digər sosial təyinatlı obyektlər tikilib əsaslı təmir olunub. Bunlardan əlavə, 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam edir.

9 ayda ölkə üzrə qeyri-neft sektorunun inkişafı, sənayeləşmənin həyata keçirilməsi istiqamətində görülən işlər az olmayıb. Sənayeləşmə siyasəti çərçivəsində müvafiq dövlət proqramlarına uyğun olaraq, sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının məhəllələrin təşkili işləri uğurla həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması başa çatmaq üzrədir. 4 rezident tərəfindən 1 milyard manatdan çox investisiyanın yatırılması planlaşdırılıb. Artıq parkın rezidentiAzərtexnolineşirkəti ilə cari ildə dəyəri 45 milyon dollar olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalayıb. Bundan başqa, Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatıb 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulub.

Qaradağ Sənaye Parkının yaradılması istiqamətində işlər gedir. Həmçinin gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədilə bir sıra stimullaşdırıcı tədbirlər görülüb. Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilib. Hazırda isə dəyəri 404 milyon dollardan çox olan sualtı tikinti gəmisi 3 sərnişin gəmisi tikilir.

Regionlarda da qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı istiqamətində bir sıra layihələrin icra edilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin iclasında bildirildi ki, Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sənədləşdirmə layihələndirmə işləri başa çatdırılaraq inşaat işlərinə başlanılıb. Artıq burada həyata keçirilməsi üçün sahibkarlar tərəfindən 18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilib. İlkin mərhələdə şirkətlər tərəfindən 7 layihə üzrə 15 milyon manatdan çox investisiya qoyulması bunun nəticəsində 380 yeni yerinin açılması planlaşdırılıb.

Bu gün Azərbaycanın iqtisadi siyasətində strateji məqsəd qeyri-neft məhsulları üzrə daxili tələbatı ödəməklə bərabər, bu növ məhsulların ixracını təmin etməkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ayın 12-də keçirilən iclasında həmin məsələ barəsində belə demişdir: “Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Qeyd etdiyim kimi, artıq ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşıb. Bu, çox gözəl göstəricidir. Ancaq o da həqiqətdir ki, biz ixracda, əlbəttə, başqa mənzərə ilə üzləşirik. Bu da yəqin ki, təbiidir, çünki bizim əsas ixrac məhsullarımız neft-qaz məhsullarıdır. Bununla bərabər, son illər ərzində biz daha çox daxili bazarı yerli məhsullarla təmin etməyə, idxaldan asılılığı azaltmağa çalışmışıq demək olar ki, buna nail oluruq. Ona görə bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar rəqabətqabiliyyətli məhsullar olsun biz ixracyönümlü siyasət aparmalıyıq”.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2015.- 15 oktyabr.- S. 1.