Kimya sənayesi işçilərinin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda kimya sənayesinin yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə təltif edilsinlər:

 

“Şöhrət” ordeni ilə

 

Ağasiyev Riza-Kulu Abdul Kasım oğlu

Mustafayev Firudin Bəylər oğlu

 

“Tərəqqi” medalı ilə

 

Hətəmov Cabbar Fərhad oğlu

Qayıbxanov Yavər Qayıbxan oğlu

Qurbanov Ramazan Məcnun oğlu

Muradov Hüseyn İsrafil oğlu

Muradov Rahid Vəliyulla oğlu

Tağıyev Oktay Rəhim oğlu

Zeynalova Afaq Əli-Əfsər qızı           

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 27 oktyabr.- S. 4.