IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondunun mütəxəssisi ilə görüşüb

 

Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondunun (“Blue Marine Foundation”) Azərbaycanda səfərdə olan dəniz biomüxtəlifliyi üzrə mütəxəssisi Rori Mur ilə görüşüb.

Bu barədə IDEA İctimai Birliyindən AZƏRTAC-a məlumat verilib.

Məlum olduğu kimi, Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olanMavi Dəniz Fondu”nun sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin fevral ayında IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfər edib. Səfər zamanı Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə edilib Mavi Dəniz Fondu”nun aparıcı mütəxəssislərinin Xəzərin faunasının bərpasına cəlb edilməsi barədə razılıq əldə olunub.

Görüşdə Leyla Əliyeva IDEA tərəfindən regionun ətraf mühitinin mühafizəsi istiqamətində görülən işlər əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Leyla Əliyeva Xəzərin ekoloji vəziyyətindən, xüsusilə onun zəngin faunasının son zamanlar müşahidə olunan deqradasiyasından narahatlığını ifadə edib vəziyyətdən çıxış yolu kimi beynəlxalq təcrübədən yararlanmağın vacibliyini bildirib. Bu məqsədlə IDEA tərəfindən dəniz ətraf mühiti üzrə ixtisaslaşmış aparıcı beynəlxalq mütəxəssislərlə sıx şəkildə əməkdaşlıq edilir.

Rori Mur Azərbaycanın zəngin balıq ehtiyatları ilə məşhur olduğunu buna görə ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli potensialın mövcudluğunu qeyd edib. Britaniyalı mütəxəssis bildirib ki, səfəri çərçivəsində Xəzər dənizindəki daxili sulardakı balıq ehtiyatları, eləcə ölkəmizin balıq sənayesindəki vəziyyəti təhlil edəcək bununla bağlı ətraflı hesabat hazırlayaraq IDEA İctimai Birliyinə təqdim edəcək. Hesabatda, həmçinin Xəzərin biomüxtəlifliyinin bərpası üzrə tövsiyələr əks olunacaq. Rori Mur vəziyyətin yaxşılaşdırılması üçün müasir texnologiyaların tətbiqi elmi metodlardan istifadə etməyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilib. Fondun missiyası 2020-ci ilə qədər qoruqlar yaratmaqla okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 28 oktyabr.- S. 2.