S.S.Mehbalıyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə Səttar Suliddin oğlu Mehbalıyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 29 oktyabr.- S. 7.