Allahşükür Paşazadə: Azərbaycanın nadir dinlərarası əməkdaşlıq təcrübəsi bəhrəsini verir

 

Azərbaycanın nadir dinlərarası əməkdaşlıq təcrübəsi öz bəhrəsini verir. Müstəqil Azərbaycanda tolerantlıq və multikulturalizm təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət strategiyasının əsasını təşkil edir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir.

Bu fikirləri “Dindünyamövzusunda III Moskva Beynəlxalq Forumunda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB-nin Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə söyləyib.

QMİ-nin sədri çıxışında bir çox məqamlara toxunub. O bildirib ki, postsovet məkanında mövcud bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla həll edilməlidir. “Biz, din xadimləri üçün insan həyatı ən yüksək dəyərdir. Bu səbəbdən pravoslav kilsəsinin nümayəndələrinə, patriarx Kirillə Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli yolla nizamlanması, onun dinlərarası münaqişəyə çevrilməməsi istiqamətində fəaliyyətlərinə görə təşəkkürümüzü bildiririk”.

Şeyxülislam Moskva Cümə məscidinin açılışı münasibətilə müfti Ravil Qaynutdini və Rusiyanın müsəlman icmasını təbrik edib, Həcc ziyarətində olduğu üçün mərasimdə iştirak edə bilməməsindən təəssüfünü bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri indiki dövrdə beynəlxalq terrorçuluğun bütün təzahürləri ilə real mübarizənin vacibliyini vurğulayaraq, bu mübarizənin milliyyətindən və dini etiqadından asılı olmayaraq bütün insanlar üçün prioritet vəzifəyə çevrilməsinin önəmini qeyd edib: “Biz dinə zidd ideyalardan qaynaqlanan terrorçu İŞİD təşkilatını, İslamı öz qərəzli maraqlarını həyata keçirmək üçün silaha çevirənləri qəti surətdə pisləyirik. Qəti deyə bilərəm ki, İŞİD İslamı parçalamaq məqsədilə düşmənlərin yaratdığı bir qurumdur”.

Şeyxülislam A.Paşazadə zorakılıqdan və terrordan canını qurtararaq doğma torpaqlarını tərk edib Avropanın bəzi ölkələrinə gəlməyə məcbur olan miqrantlara qarşı qeyri-humanist münasibətə diqqəti cəlb edərək deyib: Biz Allahın bəxş etdiyi müqəddəs nemətə - insan həyatına qəsd edənləri, millətlərarası və dinlərarası münaqişələri, miqrasiyademoqrafik fəlakətləri planlaşdıranları və həyata keçirənləri qınayırıq. Çünki bütün bunlar dünyada sülhüsabitliyi təhlükə altına qoyur. Allah onların qeyri-insani hərəkətlərini heç zaman bağışlamayacaq. Bununla əlaqədar biz Rusiyanın İŞİD-in məhv edilməsi istiqamətində həyata keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyirik. İŞİD İslamı dünya ictimaiyyətinin gözündə terror, zorakılıq və vandalizmlə bağlamağa cəhd göstərən bir qurumdur. Əminəm ki, dövlətlər, ictimai-siyasi xadimlər və dini qurumlar ekstremizm və radikalizmlə birlikdə mübarizə apara bilərlər”.

Allahşükür Paşazadə Rusiya Prezidenti Vladimir Putinin Dövlət Dumasına təqdim etdiyi Quran və İncildən sitatların ekstremist material sayılmasına qadağa qoyan qanun layihəsinin əhəmiyyətini xüsusi qeyd edib.

Dindünya” beynəlxalq konfransı Moskva hökumətinin təşkilatçılığı ilə keçirilib. Forum çərçivəsində müasir dünyada dinin rolu müzakirə edilib, Yaxın Şərqdəki vəziyyət və bu regionda dinlərarası sülhə nail olunması, dini xeyriyyə təşkilatlarının fəaliyyəti, ənənəvi mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanılması məsələləri nəzərdən keçirilib.

 

Azərbaycan.- 2015.- 30 oktyabr.- S. 7.