Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova

 

Hörmətli İslam Abduqəniyeviç,

Sizi qardaş Özbəkistan xalqını milli bayramınızMüstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sevindirici haldır ki, qardaş Özbəkistan müstəqillik illəri ərzində Sizin rəhbərliyinizlə bütün sahələrdə sanballı uğurlar qazanıb. Bu gün Özbəkistan dinamik sosial-iqtisadi inkişaf hərtərəfli düşünülmüş siyasi fəaliyyət yolu ilə firavanlaşan bir ölkə kimi beynəlxalq aləmdə layiqli nüfuz hörmət qazanıb.

Azərbaycan ilə Özbəkistanı tarixən bir-biri ilə müştərək mədəniyyətlər mənəvi dəyərlər bağlayır. Xalqlarımızın zəngin dostluq qarşılıqlı dəstək ənənələri var. Əminəm ki, bu mehriban münasibətlərin, sıx əməkdaşlığın tərəfdaşlığın inkişaf etdirilməsi möhkəmlənməsi bundan sonra da ölkələrimizin firavanlaşmasına kömək edəcək.

Hörmətli İslam Abduqəniyeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik uğurlar, qardaş Özbəkistan xalqına sülh firavanlıq arzu edirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 avqust 2015-ci il.

 

Azərbaycan.- 2015.- 1 sentyabr.- S. 1.