Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq regional təhlükəsizlik məsələləri müzakirə olunub

 

Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri İrfan Siddiq ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurduğu diqqətə çatdırılıb. Həmçinin bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər müzakirə edilib.

 

Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 3.