Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət edib

 

Bakıda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəlabidəsinin önünə əklil qoyub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoruna Şəhidlər xiyabanının tarixi şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 4.