2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Sosial Rifah Partiyasının səlahiyyətli nümayəndələrinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 17/127

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Sosial Rifah Partiyası səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü 52-ci maddələrinə əsasən  qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Sosial Rifah Partiyasının səlahiyyətli nümayəndələri maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınsınlar:

1.1.      Səlahiyyətli nümayəndələr:

Ağayev Ceyhun Şakir oğlu

Verdixanov Həmid Mirətdin oğlu

Kazımlı Samir Xanhüseyn oğlu

Hüseynova Səadət Səyavuş qızı

1.2.      Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Əliyeva Solmaz Əli qızı

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                  Məzahir Pənahov

Müavin               Natiq Məmmədov

Katib                 Arifə Muxtarova

Üzvlər                Şaitdin Əliyev

                        Fuad Cavadov

                        Ramiz İbrahimov

                        Validə Kazımova

                        Qabil Orucov

                        İlham Məmmədov

                        Nizami Nadirov

                        Azər Tağıyev

                        Tamam Cəfərova

                        Bəxşeyiş Əsgərov

                        Almas Qəhramanlı

                        Akif Qurbanov         

                        Etibar Quliyev

 

08.09.2015

 

Azərbaycan.- 2015.- 9 sentyabr.- S. 5.