Azərbaycan ilə Uruqvay arasında ilk siyasi məsləhətləşmələr keçirilib

 

Azərbaycan Uruqvay arasında ilk siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kansela arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə X.Xələfov Azərbaycan ilə Uruqvay arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verəcəyini qeyd edib. O, qonağa ölkəmizin yerləşdiyi regionda geosiyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verib. Azərbaycan Uruqvay arasında kənd təsərrüfatı, energetika mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran X.Xələfov əlaqələrin daha da dərinləşməsi, ölkələrimizin qarşılıqlı təbliği yeni əməkdaşlıq imkanlarından istifadə olunması baxımından yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurğulayıb. Sovet İttifaqının dağılmasından sonra bir sıra Qərb şirkətlərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda irimiqyaslı enerji layihələrinin həyata keçirildiyini diqqətə çatdıran X.Xələfov hazırda Xəzər regionunun böyük nəqliyyat dəhlizinə çevrildiyini deyib. Azərbaycanın Latın Amerikası ölkələri ilə, o cümlədən Uruqvayla münasibətlərin inkişafında maraqlı olduğunu söyləyən nazir müavini ticari-iqtisadi münasibətlərin ölkələrimizin potensialına cavab vermədiyini təəssüflə bildirib, siyasi dialoqun inkişaf etməsinin iqtisadi münasibətlərə təkan verəcəyini vurğulayıb.

Azərbaycanda olduğu zaman ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Uruqvay xarici işlər nazirinin müavini ilk dəfə keçirilən bu siyasi məsləhətləşmələrin münasibətlərin daha da inkişafına təkan verəcəyini söyləyib. Uruqvayın Azərbaycan ilə kənd təsərrüfatı energetika sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Xose Luis Kansela qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə lazımi hüquqi çərçivənin formalaşmasının müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətinə diqqəti cəlb edib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti zamanı böyük təcrübə qazandığını söyləyən Xose Luis Kansela ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd edib. Uruqvayın regionda dünyada sülhün sabitliyin dəstəklənməsi istiqamətində siyasət həyata keçirdiyini qeyd edən qonaq münaqişələrin beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduqlarını vurğulayıb. Uruqvayın beynəlxalq hüquqa hörmətlə yanaşdığını, beynəlxalq hüquq prinsiplərinin dövlətlərarası münasibətlərin təməli olmasını dəstəklədiyini qeyd edən nazir müavini bu xüsusda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini bildirib, bu mövqenin müzakirə predmeti belə olmadığını vurğulayıb. Ölkəmizin Mərkəzi Asiya Xəzər regionuna çıxış üçün mühüm mərkəz kimi əhəmiyyətini qeyd edən Xose Luis Kansela Uruqvayın bu regiona yönəlmiş iqtisadi siyasətinin mərkəzinin məhz Azərbaycan olacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 4.