Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

 

Sentyabrın 14-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Müvafiq qurumların nümayəndələrinin, məktəb direktorlarının, müəllimlərin iştirak etdikləri konfransda təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramovun hesabat məruzəsi dinlənilib. C.Bayramov bildirib ki, təhsil işçilərinin ənənəvi sentyabr konfransı Azərbaycan Prezidenti İlham Əliyevin müasir inkişaf meyllərinin təmin edilməsinə yönəlmiş siyasəti nəticəsində müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan artdığı, sosial, iqtisadi mədəni həyatımızda böyük uğurların qazanıldığı, bütün sahələrdə islahatların geniş vüsət aldığı tarixi bir dövrə təsadüf edir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmişAzәrbaycan Respublikasında tәhsilin inkişafı üzrә Dövlәt Strategiyası”nın əhəmiyyətindən danışan məruzəçi BŞTİ-nin fəaliyyəti barədə ətrafli məlumat verib. Qeyd edilib ki, BŞTİ-nin tabeliyində 307 tam orta, 3 ümumi orta olmaqla 310 gündüz ümumi təhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 27 min 338 nəfər müəllim 334 min 236 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Həmin ümumi təhsil məktəblərindən 7-si lisey, 18-i məktəb-lisey, 1-i gimnaziya kimi fəaliyyət göstərir. Gündüz ümumi təhsil müəssisələri ilə yanaşı, BŞTİ-nin tabeliyində 7 axşam (qiyabi) məktəbi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 xüsusi təhsil müəssisəsi vardır. Axşam (qiyabi) məktəblərdə təhsil alan 2 min 541 şagirdin təhsili ilə 74, xüsusi təhsil müəssisələrində oxuyan 2 min 935 şagirdin təlim-tərbiyəsi ilə 672 müəllim məşğul olur. BŞTİ-nin tabeliyində olan 46 məktəbdənkənar təhsil müəssisəsində 34 min 776 şagirdin müxtəlif istiqamətli məşğələləri ilə 1264 pedaqoji işçi məşğuldur.

Hesabat ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinifləri üzrə 26 min 731, XI sinifləri üzrə isə 19 min 793 nəfər məzun olmuşdur.

Dövlət Strategiyasına uyğun olaraq ölkədə, o cümlədən Bakıda təhsilin keyfiyyətinin yüksəldilməsi prioritet elan edilib. Hesabat ilində BŞTİ-nin fəaliyyətinin əsas məqsədi təhsildə keyfiyyət göstəricilərinin yüksəldilməsinə nail olmaqdan ibarət olub. Bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində ümumi təhsilin buraxılış ali təhsil müəssisələrinə qəbul imtahan göstəricilərində əhəmiyyətli artıma nail olunub. 2014/2015-ci tədris ilində IX sinfin buraxılış imtahanlarında Bakı şəhərində fəaliyyət göstərən məktəblərin şagirdlərinin 86 faizi ana dili, 85,44 faizi riyaziyyat 79 faizi isə hər iki fəndən müsbət qiymət alıblar. Bu ölkə üzrə orta göstəricidən (64 faiz) əsaslı şəkildə fərqlənən bir rəqəmdir. Son 3 ildə bütün ölkə üzrə keyfiyyətin artmasında Bakı şəhəri məzunlarının nəticələrinin əhəmiyyətli dərəcədə müsbət təsiri olub.

Vurğulanıb ki, cari tədris ilində ali məktəbə qəbul imtahanlarında bu ilki məzunlardan 15 nəfəri maksimum nəticə- 700 bal toplayıb. Həmin abituriyentlərdən 7 nəfəri Bakı şəhərindəki təhsil müəssisələrinin məzunlarıdır. Onlardan 2-si BŞTİ-nin tabeliyindəki məktəbləri təmsil edir. 2014/2015-ci tədris ilində ümumi təhsil məktəblərinin 131 məzunu qızıl, 21 məzunu isə gümüş medala layiq görülüb. Onlardan 69 nəfəri Bakı şəhəri, 83-ü isə bölgə məktəblərini təmsil edir. Həmçinin, 1040 nəfər IX sinif məzunu isə fərqlənmə şəhadətnaməsinə layiq görülüb.

Təhsildə keyfiyyət məsələsinə toxunan C. Bayramov bildirib ki, tәdrisin tәmayüllәşmәsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Bakı şəhərinin 8 məktəbində sınaq layihə kimi tətbiq olunan tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi qərara alınıb, cari tədris ilindən həmin layihəyə ölkənin müxtəlif bölgələri daxil olmaqla 50 pilot məktəbi qoşulub, onların tədris planları təsdiq edilib. Pilot məktəblərin 4 istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar təbiət fənləri) üzrə təmayülləşməsi nəzərdə tutulub. Bu təhsil müəssisələrindən Bakı şəhərini təmsil edən 37 məktəbdən 4-ü nazirliyin, 33-ü BŞTİ-nin tabeliyindədir. 13 təhsil müəssisəsi digər şəhərləri (Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri) əhatə edir.

Hesabat ilində 8 fənn üzrə keçirilən respublika fənn olimpiadasının son turunda Bakı şəhəri üzrə 197 məktəblidən 22-si qızıl, 35-i gümüş, 59-u bürünc medala layiq görülüb. Ümumilikdə, qazanılmış 116 medalın 48-i BŞTİ-nin tabeliyində olan məktəblərin payına düşür.

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətindən bəhs edən məruzəçi qeyd edib ki, hesabat dövründə BŞTİ-nin tabeliyində olan 46 məktəbdənkənar təhsil müəssisəsinə metodiki köməklik göstərilib. Məktəbdənkənar təhsil müəssisələrində 2 min 862 dərnəkdə 34 min 776 uşaq məşğul olub. Yaradıcılıq mərkəzləri idman məktəblərində məşğul olan yetirmələrimiz şahmat, dama, sərbəst güləş, sambo, karate, taekvondo, cüdo, qılıncoynatma, ağır atletika idman növləri, texniki bədii yaradıcılıq üzrə beynəlxalq respublika yarışlarında 139 qızıl, 99 gümüş, 129 bürünc olmaqla cəmi 367 medal qazanıblar.

C. Bayramov məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsi, tədris şəraitinin yüksəldilməsi digər məsələlər barədə danışıb.

Təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Müasir dünyada təhsilin mühüm rolundan bəhs edən nazir 2014-2015-ci tədris ilində bu sahənin inkişafı üçün reallaşdırılan proqram layihələrdən, müxtəlif tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Eyni zamanda, təhsilin keyfiyyəti, dərsliklər, təhsilin təmayülləşməsinin təşkili, müəllim hazırlığı digər məsələlərə toxunan M. Cabbarov, qarşıda duran vəzifələri diqqətə çatdırıb, tövsiyələrini verib.

Sonra təhsilin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Çıxış edən müəllimlər fikirlərini təkliflərini bildiriblər.

 

Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 5.