Azərbaycan-Çexiya sənədləri imzalanıb

 

Sentyabrın 15-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Prezidenti Miloş Zemanın iştirakı ilə Azərbaycan-Çexiya sənədləri imzalanıb.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zeman imzaladılar.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Çex Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini xanım Yaroslava Beneş Şpalkova imzaladılar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 2.