Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

 

Çex Respublikasının Prezidenti Miloş Zeman sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Çex Respublikasının Prezidenti Miloş Zemanı xanımı İvana Zemanovanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov digər rəsmi şəxslər qarşıladılar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 7.