Çexiya Prezidenti Miloş Zeman ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

 

Azərbaycanda səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zeman sentyabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 1.