Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli FərmanınıAzərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanına uyğunlaşdırmaq  məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.6-cı bəndə “44.1-ci” sözlərindən sonra “(dövlət mühafizəsində olan daşınmaz tarix mədəniyyət abidələrinə, onların ərazilərinə mühafizə zonalarına münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin razılığı ilə)” sözləri əlavə edilsin.

2. 4.7-ci bənddə  “75.1-ci maddəsinin birinci cümləsində “81.1-ci maddəsinin ikinci cümləsindəsözlərindən sonra “(dövlət mühafizəsində olan daşınmaz tarix mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin razılığı ilə)” sözləri əlavə edilsin “93.1-ci maddəsinin birinci cümləsində,” sözləri çıxarılsın.

3. 4.8-ci bəndə “65.3-cü maddəsində “67.4-cü maddəsinin birinci cümləsində  sözlərindən sonra “(dövlət mühafizəsində olan daşınmaz tarix mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının  Mədəniyyət Turizm Nazirliyinin razılığı ilə)” sözləri əlavə edilsin.

4. 4.10-cu bəndə “93.1-ci maddəsinin ikinci cümləsindəsözlərindən sonra “(Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin razılığı ilə)  sözləri əlavə edilsin.

5. 4.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 4.12-ci bənd əlavə edilsin:

“4.12. həmin Məcəllənin 93.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət mühafizəsində olan daşınmaz tarix mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.

                                      

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 20 sentyabr.- S. 2.