Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli aktyor rejissor Stiven Siqalı qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də dünya şöhrətli aktyor rejissor Stiven Siqalı qəbul edib.

Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Stiven Siqal ölkəmizdə gördüklərinin onda dərin təəssürat yaratdığını dedi. Stiven Siqal Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasının bu yarışlarda çoxlu sayda idmançının iştirakının onda böyük heyranlıq yaratdığını dedi. Birinci Avropa Oyunları ilə bağlı görülən işlərin misilsiz dərəcədə möhtəşəm olduğunu vurğulayan qonaq, ümumiyyətlə, Azərbaycanda qazanılan nailiyyətlərin dünyada tanıdılması təbliğinin önəmini qeyd etdi.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı birinci Avropa Oyunlarının ölkəmiz eləcə Avropa üçün tarixi hadisə olduğunu dedi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu Oyunları yüksək səviyyədə keçirməklə əslində Avropa Oyunlarının standartlarını müəyyən etdi. Dövlətimizin başçısı ölkəmizin artıq müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən mühüm idman yarışlarının keçirildiyi bir məkana çevrildiyini vurğuladı.

Görüşdə son illər Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən mədəniyyət idman sahələrində əldə edilən uğurlardan danışıldı.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 22 sentyabr.- S. 2.