Azərbaycanın müdafiə naziri İsrailin ölkəmizdəki səfiri ilə görüşüb

 

Sentyabrın 22-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Dan Stav ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə İsrail arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlər qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 23 sentyabr.- S. 2.