Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

 

Sentyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK Katibliyinin media ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il sentyabrın 18-də 19-da keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni forması təsdiq edilib, ümumilikdə 5344431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

Komissiyanın iclasında 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Ana Vətən Partiyası “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxılıb sözügedən siyasi partiyalar siyasi partiyalar bloku tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda, həmçinin Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərarlar qəbul olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə baxılıb.

 

Azərbaycan.- 2015.- 24 sentyabr.- S. 2.