Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İcbari sığortalar haqqında Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, 4, maddə 327; 2008, 11, maddə 970; 2009, 12, maddə 983; 2011, 2, maddə 85) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnaməyə aşağıdakı məzmunda 8.22-1-ci yarımbənd əlavə edilsin:

8.22-1. hava nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2015.- 1 yanvar.- S.2.