Azərbaycanın həyata keçirdiyi layihələr

 təkcə özünə deyil, bütün regiona xidmət edir

 

Bu barədə Nazirlər Kabinetinin iclasında danışılmışdır

 

“Keçən il bir neçə iri layihə icra edilmişdir. Hər bir layihə özlüyündə nəhəng bir layihədir... Bu əsas infrastruktur və sənaye layihələri ancaq güclü dövlətdə icra edilə bilər.”

İlham ƏLİYEV

 

2014-cü il də tarixdə Azərbaycanın hərtərəfli inkişafının davam etdiyi, makroiqtisadi sabitliyin möhkəmləndiyi, əhalinin güzəranının daha da yaxşılaşdığı, ölkəmizin dünyadakı nüfuzunun artdığı il kimi qalacaq. Keçən il iqtisadiyyatda 3 faiz artım olub. Bir çox ölkələrdə tənəzzülün müşahidə edilməsi, ən yaxşı hallarda isə artımın 1 faiz qədər artması müqabilində bu, yüksək göstəricidir.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkənin hərtərəfli uğurlu inkişafı bir daha vurğulanıb. Qeyri-neft sektorunda 7 faiz artım olduğu qeyd edilib. Prezident İlham Əliyev qazanılan bütün müvəffəqiyyətlərin səbəbini belə səciyyələndirib: “Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdirbizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xaricidaxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək”.

Ötən il uğurlar çox olub. İnflyasiya cəmi 1,4 faiz təşkil edib. Əhalinin pul gəlirləri 4,8 faiz artıb. İqtisadiyyata 27 milyard dollar investisiya qoyulub ki, bunun da yarıdan çoxu daxili sərmayələrdir. Valyuta ehtiyatları artıb. Keçən il ölkədə böyük infrastruktur layihələrinin reallaşdığına, xərclərin çox olduğuna baxmayaraq valyuta ehtiyatlarının artması da böyük nailiyyət kimi dəyərləndirilməlidir.

İnfrastruktur layihələrindən söz düşmüşkən qeyd edək ki, onlarca yeni sosial-iqtisadi əhəmiyyətli obyekt məhz 2014-cü ilin yadigarıdır. Belə ki, keçən il Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulması başa çatdırılıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istifadəyə verilib. Bu, layihənin hələ yalnız bir hissəsidir. Şəmkirçaysu anbarı istismara daxil olub ki, bu da təkcə bölgənin deyil, bütün ölkənin inkişafına töhfə verəcək. “Norm” sement zavodunun işə düşməsi isə nəinki xaricdən məhsul gətirilməsinə son qoyacaq, hətta ixrac imkanları yaradacaq.

Keçən ilSənaye iliidi. Odur ki, il ərzində 230-dan çox yeni sənaye müəssisəsinin yaradılması təsadüfi deyil. Bu isə 100 mini daimi olmaqla 123 min yeni yerinin açılması deməkdir.

Ölkənin müxtəlif regionlarında istifadəyə verilmiş 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb 2014-cü ilin yadigarıdır.

Həyata keçirilən layihələr sırasında ikinci peykimizin orbitə buraxılması özünəməxsus yer tutur. Bu, Azərbaycanda kosmik sənayenin sürətlə inkişaf etdiyini, yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyulduğunu nəticənin ürəkaçan olduğunu təsdiqləyən faktdır.

Bütün bunlarla yanaşı, keçən il “ASAN xidmət”in yeni mərkəzlərinin açılması ilə əlamətdar olub. İndi ölkədə 7 mərkəz fəaliyyət göstərir. İki ildə “ASAN xidmət”ə 3,5 milyon müraciət edilib.

Təqdirəlayiq haldır ki, sözügedən layihələr iqtisadiyyatın sosial həyatın bütün sahələrini əhatə edir. Götürək elə ekologiya sahəsini. Bu istiqamətdə görülmüş çoxşaxəli işlər davam edir. Bu il Zığ gölünün təmizlənməsi nəzərdə tutulub. Ümumiyyətlə, Bakının ətrafında yerləşən, neftlə, lay suları ilə çirklənmiş göllərin hamısının mərhələlərlə təmizlənməsi planlaşdırılır. Bu ilin yayında Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatacaq. Bütün bu işlərin görülməsində məqsəd Bakının parklar, bağlar şəhəri olduğu kimi təmiz göllər şəhəri olmasıdır.

Azərbaycanda həyata keçirilən nəqliyyat layihələri isə təkcə ölkəmizə deyil, bütün regiona xidmət edir. Keçmiş SSRİ məkanında Azərbaycan birinci ölkədir ki, ən müasir “Boeing-787” Dreamliner təyyarəsi alıb. Digər müasir sərnişin təyyarələri alınıb, Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı nəqliyyat infrastrukturunun yaradılmasının önəmini vurğulayaraq demişdir: “Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə artıq bir regional mərkəzə çevrilibdir. Biz bu rolumuzu daha da gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə təmin edilməlidir... Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm qonşulara xidmət göstərəcəkdir”.

Əgər deyilənlərə Bakıda gəmiqayırma zavodunun fəaliyyət göstərdiyini burada artıq müxtəlif təyinatlı gəmilərin buraxıldığını əlavə etsək, Azərbaycan dövlətinin nəqliyyat infrastrukturuna verdiyi dəyərin bir daha şahidi olarıq.

2014-cü ildə baş verən hadisələrin, qazanılan uğurların, reallaşdırılan layihələrin ən önəmliləri sırasında “Cənub” qaz dəhlizinin təməlinin qoyulması dayanır. Bu, 20 il əvvəl bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının daha bir təntənəsidir. Təsadüfi deyil ki, dəhlizin təməli məhz sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin imzalanmasının 20 ilinin tamam olduğu gündə qoyuldu.

Növbəti illərdə mərhələ-mərhələ həyata keçiriləcək, yəni Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsini, TANAP və TAP kimi böyük kəmərlərin çəkilişini özündə birləşdirən bu layihə Azərbaycanın liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir.

Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Çünki o, Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrilir. Prezident İlham Əliyevin dediyi kimi: “Bunu çox izah etməyə də ehtiyac yoxdur. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq. Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır... Əminəm ki, bu layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər bir dənə də layihə olmamışdır ki, biz onu başlayaqicra etməyək. Həm Bakı-Tbilisi-Ceyhan, həm Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars, yəni beynəlxalq layihələrdən söhbət gedir. Əminəm ki, “Cənub” qaz dəhlizi də tam şəkildə icra ediləcəkdir”.

Ölkəmiz neft-qaz sektorunun inkişafından əldə etdiyi gəlirləri xalqın güzəranının daha da yaxşılaşmasına, iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən qeyri-neft sektorunun genişləndirilməsinə, sosialinfrastruktur layihələrin icrasına yönəldir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında: “Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək, dayanıqlı və çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitədir. Biz bu vasitədən səmərəli şəkildə istifadə edirikdemişdir.

Qazanılmış və bundan sonra qazanılacaq bütün nailiyyətlərin əsasında dayanan da dövlətin bu uğurlu, düzgün siyasətidir.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 13 yanvar.-  S.3.