“Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin təqdimatı olub

 

Yanvarın 13-də Beynəlxalq Muğam Mərkəzində “Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin təqdimetmə mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən “Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Bakı-2015”ə hazırlıq işlərinin yüksək səviyyədə davam etdirildiyini bildirib. S.Kleq Oyunların ulduz elçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra ulduz elçilərə döş nişanları təqdim olunub və onlar təmsil edəcəkləri idman növlərinin adlarını zərflərdən seçiblər.

 

Azərbaycan.-2015.- 14 yanvar.- S.11.