X.B. Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin

 fəxri diplomu”nun verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuverilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 14 yanvar 2015-ci il

Azərbaycan.-2015.- 15 yanvar.- S.1.