Yeddi rəngin yaratdığı möcüzə

 

Xalq sənəti:boyaçılıq

 

Xalçanı heç də əbəs yerə milli sərvət hesab etmirlər. Onun rənglərinin səmadan gəlməsi təbiətin bir parçası olması inancına söykənir. Deyirlər ki, xalçadakı yeddi rəng göyqurşağıdan alınmadır. Axı bütün rənglərin anasıdır göyqurşağı...

Xalça yalnız qiymətli əşya deyil, həm də sənət əsəri, gözəllik, hətta müalicə vasitəsi də sayılır. Xalçaçılıq qədim xalq sənəti növlərindən biridir ki, bu günədək məişətdə özünəməxsus yerini qoruyub saxlaya bilib. Xalçaların toxunmasında müxtəlif təbii və süni iplik materiallarından, eləcə də onların qarışığından istifadə edilir. İplik materialları seçilərkən onların əsasən davamlılığı, zahiri görünüşü, həmçinin istehsalının sadəliyi və dəyəri nəzərə alınır. Bu gün xalçalar əllə yanaşı, Cakkard tipli maşınlar vasitəsilə də toxunur.

Azərbaycan xalçaları yunun keyfiyyəti, boya komponentləri və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə həmişə bir-birindən fərqləniblər. Odur ki, onlar həm coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng həllinə, həm də texniki xüsusiyyətlərinə görə bir neçə məktəbə bölünür. Əvvəllər xalçaçılıq məktəbi dörd qrupa ayrılsa da, sonrakı dövrlərdə şərti olaraq onların 7 ixtisaslaşmış məktəbi fəaliyyət göstərib.

Xalçanın əsas xammalından biri iplikdir. Onların hazırlanması haqqında danışan səksən yaşlı Kəklik nənə bildirir ki, yun yuyulub təmizlənir, xüsusu daraqlarla daranır, əyrilir, kələflənib yumaqlanır ki, toxunma prosesinə hazır olsun.

Kəlbəcərdə dünyaya göz açan anası Nabatın barmaqlarını həmişə rəngli görüb. Söyləyir ki, Kəlbəcərin əmin-amanlıq illərində anası neçə-neçə ailədə rənglər hopmuş barmaqları ilə nazlanan-sığallanan xalı-xalçanı ərsəyə gətirən insan kimi tanınıb.

Kəklik nənə əsl xalçaçı olub. Məcburi köçkünlük, didərginlik illəri onun yurd-yuvasızlıq dərdinə çevrilsə , barmaqları əssə , bu gün nəvə-nəticələrinə rəngli iplərdən corab toxuyur bundan sanki təsəlli tapır. Xalçaçılıq, eləcə boyaqçılıqla bağlı Kəklik nənənin bilgiləri əsl mütəxəssis fikirləridir: Əyrilmiş iplik nisbətən yoğun tiftikli olan dükcə şəklinə salınır. Dükçələrdəki ipliyi kırtız adlanan xüsusi alətlə cilalayırlar. Bu metal çubuğun köməyi ilə sapın həddən artıq xovluluğu müxtəlif növ bərkimələr aradan qaldırılır ki, iplik eyni qalınlıqda hamar olsun. Bu üçün bəzən cağ yaxud mildən istifadə edilir. Kırtızlanıb hazırlanmış dükçələrdəki ip ikiqat olmaqla yumaqlanır.

Xalçaçı nənə deyir ki, ipliklər yumaqlandıqdan sonra yaxşı boyanması üçün kələflənməlidir. Bunun üçün ip kələfləyən əsasən bardaş qurub oturur. İp yumaqları soldan-sağa, yaxud da əksinə, dizlərin ətrafına dolanaraq kələflənir. Bu zaman iki (sadə mürəkkəb) üsuldan istifadə edilir. Sadə üsul - ipliklər dizlərin ətrafına dairəvi, mürəkkəb - dizlərin ətrafına səkkizvari şəkildə sarınır.

Xalça toxunması üçün ipliklərin boyanması əsas işlərdən biri hesab olunur. Qədim zamanlardan başlamış XX əsrin əvvəllərinə qədər toxucu müxtəlif bitkilərin yarpaq, çiçək, tumurcuq, meyvə, toxum, qabıq, oduncaq, kök digər hissələrindən sənətkarlıqla boyaq məhsulları hazırlayıb pambıq ipliklərin boyanmasında istifadə etmişlər. Hələ qədim zamanlardan ipboyama kustar üsula əsaslanıb. Buna baxmayaraq, boyanmış iplər öz rənglərinin möhkəmliyi, şuxluğu, dolğunluğu ilə seçilib. İpliklərin boyanma prosesi üç əsas mərhələyə ayrılır: hazırlıq, boyanma, ipliklərdə boyağın möhkəmləndirilməsi.

Azərbaycan ərazisində hələ qədim dövrlərdən boyamanın sirlərinə bələd olunması haqqında Herodot (e.ə. V əsr) məlumat verirdi: O yerlərdəki meşələrdə ağaclar elə yarpaqlarla örtülüb ki, həmin yerlərin adamları bu yarpaqları yuyub, su ilə qarışdırdıqdan sonra əmələ gələn məhlulla öz geyimləri üzərində naxışlar çəkirdilər. Bu naxışlar yuyulsa da, silinmirdi material da, əsasən yun parçalarda elə bil əvvəlcədən toxunurdu.

Xalçaçı nənələrimiz deyirlər ki, duzlu bataqlıqdan qeyri-adi həşərat olan qırmızı böcək əldə edib, ondan çox qiymətli tünd rəng alırdılar: Sarı rəngi almaq üçün yazın erkən çağlarında çiçəkləri otun köklərini, payızda isə tut ağacının saralmış yarpaqlarını yığardılar. Sarı rəngi həmçinin almanın qabığından, sarı-yaşıl rəngi isə kəndəlaş meyvələrindən alardılar. Yun ipliyi boyamaq üçün soğanın qabığından, üzüm tənəyinin, yovşan zirinc ağacının qısa budaqlarından, narın qurudulmuş qabığı təzə yetişən qozun yaşıl qabığından istifadə eləyərdilər.

Öyrənirik ki, minerallar, həmçinin ağaclar (çinar, palıd, söyüd başqaları) boyayıcı xüsusiyyətə malikdirlər. Adətən, ipliklər xalq üsulu - təbii yolla, əsasən bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu üsulu boyaqçıdan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, göy, sürməyi, qara, kimi 7 növ əsas rəngin onların çalarlarının alınması üçün qoz qabığı yarpağı, nar qərzəyi, tut, heyva ağaclarının, boyaqotu kolunun köklərindən müxtəlif vasitələrdən istifadə edilir. Məsələn, sarı bu rəngin yarım tonlarını almaq üçün soğanla alma qabığı, sarıçöp payızda yığılmış tut yarpaqlarından, qırmızı çəhrayı rəngləri almaq üçün boyaqotundan, sürməyi, mavi yaşıl rənglərindən ötrü isə indiqodan istifadə edilir.

Boyamaya hazırlıq prosesi zamanı daha keyfiyyətli ip almaq əsas şərtdir. Bunun üçün boyaq bitkilərini vaxtlı-vaxtında toplamaq, məhlulu keyfiyyətli hazırlamaq, iplikləri aşqarlamaq lazımdır. Aşqarlamaq (rəngablamaq) üçün boyaqçılar, adətən ip kələflərini zəy və yaxud alça lavaşı qarışdırılmış məhlula salardılar. Alça lavaşı olmadıqda onu ərik və zoğal suyundan hazırlanmış turş qatı məhluldan, eləcə də ayran, duz, zəy və ya sirkə kimi bərkidici maddələrdən istifadə etmək olar.

Hər bir meyvənin, ağacın, bitkinin toplanması və istifadə olunma vaxtını bilmək lazımdır. Çünki bundan rənglərin açıq və ya tünd alınacağı asılıdır. Payız fəslində qoz, kələndaş, yazda isə palıd, söyüdalma ağacının dövrüdür. Zəfəran, alçaheyvadan yalnız çiçək vaxtı istifadə etmək olar. Lakin bəzi çiçəklər isə əksinə, yalnız solduqdan sonra bu işə yararlı hesab edilir. Onları yığıb qurudaraq boyaq maddəsi kimi istifadə etmək üçün uzun müddət saxlayırdılar. Əsasən də mis qazanda qaynatmaq lazım idi. Bütün bunların səbəbi var idi: oksidləşmə prosesləri ilə əlaqədar kimyəvi reaksiyalarmis qazanların yavaş-yavaş qızma-soyuma xüsusiyyəti. Hər halda, bir çox yüzilliklər ərzində insanlar tərəfindən yığılan qiymətli təcrübə ipliyin yüksək keyfiyyətli boyanmasını və xalçanın toxunmasını təmin edirdilər. Yun ipliyinin əyrilməsi heçasan proses deyildi. Bütün bunlar minillik təcrübəyə, yazılmamış tədqiqatların və nəşr olunmamış kitabların, müdafiə olunmamış dissertasiyaların, həmçinin bir çox nəsillər tərəfindən aparılan diqqətli müşahidələrin nəticələrinə əsaslanır.

1871-ci ildən etibarən dövlət tərəfindən alizarin boyaları satışa buraxıldı. Artıq bir ildən sonra boyaq sənayesində anilin rənglərindən kütləvi surətdə istifadə edilməyə başlandı. Süni boyaqların - alizarinanilin maddələrinin kəşfi ilə əlaqədar, boyaq bitkilərindən istifadə demək olar ki, yaddan çıxdı. Ancaq bu süni boyaqlar heç də təbiiləri əvəz edə bilmədi.

Boyanmış kələflərin suyunun sıxılması və açıq hava şəraitində qurudulması hər zaman nəzərə alınıb. Ona görə də həmişə hava şəraiti yaxşı olanda bu işlər yerinə yetirilir. İpliyə boyaq maddəsinin tam hopması, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii və texniki keyfiyyətinə zəmanət verən amillərdən biridir.

Boyanmış iplikdəki rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələrinin, güllü-çiçəkli bağçaların, yaşıl meşə və çəmənliklərinin xalçalar üzərində bədii əksidir. Təbii üsulla alınan boyaq maddələri xalçaların kompozisiyasında emosional təsir gücünü, parlaqlığını artırır və ona ecazkar görkəm verir.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 16 yanvar.- S.9.