“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 1, ¹ 3, maddə 131; 2002, ¹ 12, maddə 693; 2003, ¹ 1, maddə 16; 2004, ¹ 1, maddə 10,  ¹ 4, maddə 199, ¹ 5, maddə 321, ¹ 8, maddə 597, ¹ 11, maddə 884; 2005, ¹ 6, maddələr 463, 475, ¹ 10, maddə 874; 2006, ¹ 5, maddə 386, ¹ 6, maddə 479, ¹ 8, maddə 657, ¹ 11, maddə 927, ¹ 12, maddələr 1005, 1014; 2007, ¹ 2, maddə 83,  ¹ 5, maddələr 434, 436, ¹ 7, maddə 711, ¹ 10, maddə 934, ¹ 11, maddələr 1049, 1074, 1078, ¹ 12, maddələr 1213, 1219; 2008, ¹ 3, maddə 153, ¹ 5, maddələr 326, 341, ¹ 6, maddələr 471, 481, ¹ 7, maddə 602, ¹ 8, maddə 699, ¹ 10, maddə 881; 2009, ¹ 2, maddə 54, ¹ 5, maddə 311, ¹ 6, maddə 403, ¹ 10, maddə 771, ¹ 11, maddə 878, ¹ 12, maddə 964; 2010, ¹ 4, maddə 276; 2011, ¹ 3, maddə 165, ¹ 6, maddə 463; 2012, ¹ 5, maddə 413, ¹ 10, maddə 945; ¹ 11, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:

1. 31.5-ci maddədə “müddətləri və cədvəli” sözləri “müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı” sözləri ilə əvəz edilsin;

2. 31.6-cı maddənin ikinci cümləsində “qulluqçusununsözüqulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun” sözləri ilə əvəz edilsin;

3. 31.16-cı maddəyə “bir nüsxədə” sözlərindən əvvəl “, habelə attestasiya zamanı verilən suallarcavablar” sözləri əlavə edilsin;

4. Aşağıdakı məzmunda 31.22-ci maddə əlavə edilsin:

“31.22. Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 30 dekabr 2014-cü il

Azərbaycan.-2015.- 18 yanvar.- S.1.