Prezident İlham Əliyev DavosdaDünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekstmövzusunda sessiyada iştirak edib

 

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri

 

Yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada iştirak edib.

Yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlətimizin başçısı İlham Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən, enerji sektorunda əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolundan, “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışdı.

 

AzərTAc

Azərbaycan.-2015.- 23 yanvar.-  S.2.