Prezident İlham Əliyevin Dünya İqtisadi

Forumunun sədri Klaus Şvab ilə görüşü olub

 

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.

Klaus Şvab Dünya İqtisadi Forumu ilə Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək Prezident İlham Əliyevin forumda iştirakının əhəmiyyətli olduğunu dedi.

Dövlət başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasındakı əməkdaşlıqdan məmnun qaldığını, əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu bildirdi. Azərbaycan Prezidenti bu forumun bütün iştirakçı tərəflərə əməkdaşlığı daha da genişləndirmək üçün şərait yaratdığını vurğuladı.

Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlaronun perspektivləri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, qlobal böhranonunla bağlı proseslər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

Azərbaycan.-2015.- 24 yanvar.-  S.3.