ABŞ konqresmeni 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

 

ABŞ konqresmeni Cin Qrin 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Konqresdə bəyanatla çıxış edib. O, 1990-cı il yanvarın 20-də Azərbaycandakı müstəqillik hərəkatını yatırmaq üçün sovet qoşunlarının Bakıya yeridildiyini və nəticədə böyük faciənin baş verdiyini bildirib. Bəyanatda vurğulanıb ki, sovet hökuməti tərəfindən həyata keçirilmiş bu kütləvi qətliam Azərbaycan xalqının müstəqillik uğrunda mücadiləsinə təkan verib. Nəticədə Azərbaycan müstəqilliyini bərpa edib.

Konqresmen, həmçinin Azərbaycanın və ABŞ-ın qarşılıqlı etibar, anlayış və dəstəyə əsaslanan yaxın münasibətlərini təqdir edib. O, Xəzər dənizi regionunda önəmli rola malik Azərbaycana ABŞ-ın davamlı dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb.

 

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2015.- 24 yanvar.-  S.6.