Demokratik dəyərlərə yiyələnmiş

 Azərbaycan Avropa ailəsinin fəal üzvüdür

 

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsindən 14 il ötür

 

Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət aparan Azərbaycan özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostratejigeoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Respublikamızın ötən müddətdə diplomatiya sahəsində əldə etdiyi bu uğurlar isə konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasət strategiyasının uğurlarıdır. Xarici siyasətdə varisliyin qorunub saxlanılması hər bir dövlətin beynəlxalq miqyasda layiqli yerini tutması, maraq və mənafelərini təmin etməsi baxımından son dərəcə vacibdir.

Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən 11 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərib. Azərbaycanın əməkdaşlıq əlaqələrini ildən-ilə inkişaf etdirdiyi Avropa təsisatlarından biriAvropa Şurasıdır. Azərbaycan Respublikası Avropa Şurası ilə əməkdaşlığa doğru ilk addımı 1992-ci ilin yanvarında atmış və xüsusi qonaq statusu almaq üçün rəsmi müraciət etmişdi. Lakin bu məsələ həmin vaxt öz müsbət həllini tapmamışdı.

1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən daxilixarici siyasəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya düzgün şəkildə çatdırılmağa başlandı. Bu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Avropa Şurasında 1996-cı ildə xüsusi qonaq statusu aldı. 2000-ci ilin iyulundan noyabrınadək davam edən müzakirələrdən sonra noyabrın 9-da AŞ PA-nın 222 saylı rəyi əsasında Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında 14 saylı xüsusi qətnamə qəbul edildi. Qətnamədə deyilirdi: Azərbaycanın Avropa Şurasına üzv olmağa və nizamnaməyə qoşulmağa dəvət edilməsi; Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının 6 nəfər həddində müəyyənləşdirilməsi.

Azərbaycanın Avropa Şurasına qəbulunu hazırlamaq məqsədilə yaradılmış monitorinq qrupu müvafiq sənədləri təqdim etdikdən sonra 2001-ci il yanvarın 17-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi və rəsmi mərasim yanvarın 25-nə təyin olundu. Bununla da Azərbaycan diplomatiyası Avropa inteqrasiya proseslərinə qoşulmaq uğrunda mübarizədə böyük qələbə əldə etdi. Hazırda təşkilatla respublikamız arasında sıx əməkdaşlıq formalaşmışdır. Bu əməkdaşlıq müxtəlif formatda həyata keçirilir. Avropa Şurasının əsas məqsədi fərdi və siyasi azadlıqların qorunmasında, hüququn aliliyinin təmin edilməsində üzv ölkələrin böyük birliyinə nail olmaqdır. Avropa Şurası yaranandan öz məqsədlərinin reallaşdırılması və bu sahədə əməkdaşlığın həyata keçirilməsi üçün təkanverici qüvvə rolunu oynayır.

Ümumiyyətlə, Avropa Şurasında əməkdaşlıq təşkilatın daxili nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Azərbaycanı təşkilatın strukturlarında respublikanın idarəetmə orqanlarındakı mövqeyinə görə müxtəlif subyektlər təmsil edir. Belə ki, Şuranın Nazirlər Komitəsində ölkəmizi hökumət nümayəndəsi (xarici işlər naziri) təmsil edir. Bu, hökumət ekspertləri tərəfindən konvensiya və sazişlərin hazırlanmasında və komitənin iclaslarında müzakirələr zamanı hüquqi əsasda milli yanaşma tərzinin öz əksini tapmasına şərait yaradır. Həmçinin problemlərin müzakirəsi zamanı onların həllinə dair Ümumavropa yanaşma tərzi formalaşır. Avropa Şurasının Parlament Assambleyasında isə respublikamızı parlamentimiz tərəfindən seçilmişya təyin edilmiş nümayəndə heyəti təmsil edir. Bu isə qanunverici orqanı olan Milli Məclisin fikrinin Nazirlər Komitəsinin fəaliyyətinin istiqamətinin müəyyənləşməsində böyük rol oynayan Parlament Assambleyasında öz əksini tapmasına şərait yaradır.

Avropa Şurası ATƏT, BMT, Avropa Birliyi və digər təşkilatlarla, eyni zamanda qeyri-hökumət təşkilatları (QHT) ilə sıx əməkdaşlıq edir. Bununla da üzv dövlətlər AŞ ilə yanaşı, digər beynəlxalq təşkilatlarla da paralel münasibətlər yaratmaq imkanı əldə edirlər. Həmçinin 400-dən artıq QHT-yə məşvərətçi status verilməklə sıravi vətəndaşların maraqlarını müdafiə edən təşkilatlarla da əməkdaşlığın əsası qoyulmuşdur.

Avropa Şurası indiyə qədər 190-dan çox konvensiyasaziş qəbul edib. Bu konvensiyalar həyatın bütün sahələrini əhatə etsə də, ümumi və əsas bir prinsip üzərində - insan hüquqlarının qorunması prinsipi üzərində qurulmuşdur. Azərbaycan da, öz növbəsində, Avropa Şurasında qəbul edilib qüvvəyə minmiş bir çox konvensiya və sazişləri təsdiqləmişdir. Bu konvensiyaların imzalanmasında əsas məqsəd Azərbaycan qanunlarının Ümumavropa qanunvericiliyi ilə uzlaşdırılmasıdır. Belə ki, Azərbaycan parlamenti bu konvensiyaları ratifikasiya etməklə bərabər qanunvericiliyində bu konvensiyalara uyğun müxtəlif dəyişikliklər və unifikasiyalar edir.

Azərbaycan bu mötəbər qurumla əlaqələr yaratdığı gündən bəri onun nümayəndələri tez-tez ölkəmizə gəlir, dövlət və hökumət başçıları ilə görüşlər keçirirlər. Beləliklə, Azərbaycan həqiqətləri Avropa Şurasına və eyni zamanda bütün dünyaya olduğu kimi çatdırılır. Azərbaycan parlamenti ilə AŞ arasında əməkdaşlığın möhkəmlənməsi və inkişafında parlamentimizin AŞ PA-dakı nümayəndə heyətinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Əslində, Azərbaycan hələ 1996-cı ildə xüsusi qonaq statusu aldığı vaxtdan Parlament Assambleyasının sessiyalarında iştirak etmək hüququ qazanmışdı. 2001-ci ildə tamhüquqlu üzv olduqdan sonra isə Parlament Assambleyasına göndərilmək üçün Azərbaycan Respublikasının Milli Məclisi cənab İlham Əliyevin rəhbərliyi ilə 6 parlamentar və onların 6 müavinindən ibarət nümayəndə heyəti təşkil etdi. Nümayəndə heyəti Parlament Assambleyasında iştirakının ilk günlərindən fəal işləyərək Azərbaycanın mənafeyini müdafiə edirdi. Nümayəndə heyəti tərkib baxımından da çox yüksək intellektual potensiala malik üzvlərdən təşkil edilmişdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə onlar arasında ilk gündən möhkəm birliyə nail olunmuşdu. Belə ki, siyasi əqidəsindən asılı olmayaraq, nümayəndə heyətinin bütün üzvləri bir məqsəd uğrunda çalışırdılar. Prezident İlham Əliyevin dediyi kimi, bu məqsəd Azərbaycanın milli maraqlarını təmin etmək və ölkəmizin mövqeyini möhkəmləndirməkdən ibarət idi.

2001-2003-cü illər ərzində, yəni cənab İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə, eləcə də 2003-cü ildən sonra nümayəndə heyətimiz Parlament Assambleyasının ən fəal üzvü olmuşdur. Assambleyanın iclaslarında, komitələrində, siyasi qrupların iclaslarında nümayəndə heyətimiz müzakirə olunan bütün məsələlər haqqında Azərbaycanın mövqeyini bildirib. Təbii ki, bu fəallıq öz nəticəsini verməyə bilməzdi. Azərbaycan həqiqətləri artıq Avropa Şurasına düzgün şəkildə çatdırılır. Avropa Şurası regionda baş verən prosesləri daha düzgün qiymətləndirmək imkanına malikdir. Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı mənfur planları isə Avropa Şurasında dəfələrlə alt-üst edilmiş, nümayəndə heyətimizin gərgin fəaliyyəti nəticəsində Ermənistanın mənafeyinə zidd olan çoxsaylı qərarlar qəbul edilmişdir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanı AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı Tövsiyəsində də öz əksini tapmışdır. ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı isə orada ermənilərin kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı təsdiq olunmuş, bu fakt təşkilatın yekun hesabatında özünə yer almışdır. Ötən illərdə Azərbaycanın haqlı mövqeyi təkcə Avropa Şurasında deyil, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənmişdir.

Avropa Şurası Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü sessiyasında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin Avstriyadan Azərbaycana keçməsi də əlamətdar hadisə kimi qeyd edilməlidir. Belə ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlamışdır. 2014-cü il mayın 20-23-də Avropa Şurasının baş katibi Torbyorn YaqlandAvropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör Azərbaycanda səfərdə olmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin Sədri Oqtay Əsədov və digər dövlət rəsmiləri tərəfindən qəbul edilmişlər. Azərbaycan rəsmiləri ilə keçirilmiş görüşlərdə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrlik prioritetləri, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, aktual beynəlxalq və regional məsələlər, eləcə də Avropa Şurasının baş katibi T.Yaqlandın Azərbaycan da daxil olmaqla bütün Avropa Şurası üzv ölkələrində ümumi durumu əks etdirən “Avropada insan hüquqları, demokratiyaqanunun aliliyinin vəziyyətinə dair” hesabatı kontekstində fikir mübadiləsi aparılmışdır. Səfər zamanı, mayın 22-də T.Yaqlandın iştirakı ilə qarşıdakı illərdə Azərbaycan və təşkilat arasında əməkdaşlığın başlıca çərçivəsini təşkil edəcək Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planının təqdimat tədbiri keçirilmişdir.

Mayın 22-də həmçinin Ann Brassörün sədrliyi ilə AŞ PA BürosununDaimi Komitəsinin Azərbaycan Respublikasının Milli Məclisində iclası keçirilmişdir. İclas zamanı Ann Brassör çıxışında bildirmişdir ki, üzv dövlətlərin ərazi bütövlüyünə hörmət təşkilatın fundamental prinsipidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ann Brassör 2005-ci ildə qəbul edilmiş 1416 saylı AŞ PA qətnaməsini xatırladaraq qurumun Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı və prinsipial mövqedə olduğunu vurğulamışdır.

2014-cü ilin iyun ayının 24-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasına gəlmişdir. Səfər zamanı Prezident Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brassör, Avropa Şurasının baş katibi cənab Torborn Yaqlandİnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri cənab Din Şpilman ilə görüşmüşdür. Görüşlərdə tərəflər Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə etmiş, Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadilələri aparmışlar.

Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə 30 iyun - 1 iyul tarixlərində Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlarmilli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilmişdir.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı bildirmişdi: “Bu gün bizim strateji seçimimiz Avropaya, Avropa ailəsinə, strukturlarına inteqrasiyadır. Biz bu siyasətimizə möhkəm sadiqik. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan Avropaya xas olan bütün standartlara, bütün ölçülərə cavab versin. Budur bizim siyasətimiz və uzun müddətdir onu həyata keçiririk. Bu gün Azərbaycanda baş verənlər bu siyasətin davamının nəticəsidir”.

Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadigeostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Cənab İlham Əliyevin yürütdüyü praqmatik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə Avropa məkanında strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 25 yanvar.- S.2.