Azərbaycan beynəlxalq tədbirlərə ən çox ev sahibliyi edən ölkələrdəndir

 

Prezident İlham Əliyev 7 noyabr 2014-cü il tarixdə Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə gələn xarici dövlətlərin nümayəndələrini qəbul edərkən dedi ki, bizim artıq beynəlxalq tədbirləri təşkil etməkdə təcrübəmiz vardır. Biz Azərbaycanda daha çoxböyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindəyik.

Azərbaycanın Şərqlə Qərbin qovuşuğunda yerləşməsi və son illər sürətlə inkişaf etməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan marağını daha da artırıb. Bu gün Azərbaycan ən mötəbər tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, idman, musiqi yarışlarına, teatr, kino festivallarına ev sahibliyi edir. Son 20 ildə ölkəmizdə, xüsusən də paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, neçə-neçə mötəbər toplantının adını çəkə bilərik. Bütün bunlar həm Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərən amillər, həm də dövlətimizin maraqlarını təmin edən faktlardır.

Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi onun xarici siyasətində münasibətlərin əməkdaşlıqdan tərəfdaşlıq mərhələsinə keçməsini də göstərir. Respublikada elm, siyasət, mədəniyyət, səhiyyə, idmanbaşqa sahələrdə beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili əcnəbi qonaqların rəylərində də öz əksini tapır. Bildirək ki, təkcə 2014-cü ildə paytaxt Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər siyasəti üzrə I Qlobal forumları, eləcə də Bakı I Elm Festivalı kimi mühüm əhəmiyyət kəsb edən tədbirlər keçirildi.

Respublikamızın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi Avropadünya çapındakı nüfuzunun göstəricilərindəndir. III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Qazaxıstanın “Kazinformİnformasiya Agentliyinin direktoru Dauren Diyarov bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu insanları bir araya gətirdiyini bildirmişdir:Müasir mətbuatın aktual problemlərinin müzakirə edilməsi üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir. Bu cür beynəlxalqmiqyaslı tədbirlər ölkələr və xalqlar arasında əlaqələri daha da möhkəmləndirir”.

2014-cü ilin tarixinə yazılan, mədəniyyətlərarası dialoqa böyük töhfə verən Qəbələ VI Beynəlxalq Musiqi Festivalı da əcnəbi iştirakçılarda zəngin təəssürat yaratdı. Dünya xalqlarının bir-birinə yaxınlaşması, onların humanizm ideyaları ətrafında birləşməsi də məhz musiqi dil birliyinin nəticəsində mümkünləşdiyi qeyd edildi.

Yaddaqalan beynəlxalq tədbirlərdən biri də oktyabrın 19-da start götürən Bakı Caz Fesrivalı idi ki, onun budəfəki iştirakçıları arasında dünyanın məşhur cazmenlərindən olan Terens Blanşard da vardı. Oktyabrın 22-də Heydər Əliyev Sarayında festival çərçivəsində keçirilən konsert musiqisevərlərin yaddaşına xoş xatirələrlə yazıldı. Oktyabrın 30-dək davam edən ənənəvi Bakı Caz Festivalı tamaşaçılarda xoş əhval-ruhiyyə və zəngin təəssüratlar yaratdı.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yerimövzusunda keçirilən Üçüncü Bakı Beynəlxalq Teatr Konfransını da bu sıraya əlavə etməliyik. Həmin beynəlxalq konfransda 40-dan artıq ölkədən səhnə sənətinin 110-dan çox mütəxəssisi - teatr tənqidçiləri, rejissorlar, dramaturqlar, baletmeyster və rəssamlar iştirak etdilər.

2014-cü ildə paytaxtda keçirilən beynəlxaq tədbirlərdən biri də AMEA-nın, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Neft Şirkəti və “Azercellin sponsorluğu ilə iki gün davam edən “Bakı Elm Festivalı-2014”-dür. Noyabrın 10-11-nə təsadüf edən bu festivalda Azərbaycan elminin son nailiyyətləri əyani şəkildə və həm də bir qədər fərqli formada nümayiş etdirildi.

Noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimində ölməz xalq sənətinin keçdiyi yola nəzər salındı, onun əbədiyaşarlığını təsdiqləyən səbəblər dilə gətirildi. Noyabrın 17-dək davam edən II Beynəlxalq Aşıq Festivalı çərçivəsində sənətkarlar Bakı ilə yanaşı, Yevlax, Gədəbəy, Şəmkir, Qazax, TovuzUcar rayonlarında da çıxış etdilər.

Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Film Festivalında İdman, KinoTeleviziya Filmləri Beynəlxalq Federasiyasının sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian, münsiflər heyətinin üzvü Yusif Şeyxov çıxış edərək fikirlərini bildirdilər. Festival 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərinin müəlliflərini həvəsləndirmək məqsədi daşıyırdı. Festivalının ünvanına 33 ölkədən 115 film daxil olunduğu, onlardan müsabiqəyə 48-nin buraxıldığı bildirildi.

2014-cü ildə Bakıda daha mühüm bir beynəlxalq tədbir keçirildi. Bu, Azərbaycanda Türkiyə Mədəniyyəti Günləri idi. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən hər iki ölkənin mədəniyyət və turizm nazirləri xalqlarımızın bir-biri ilə tarixi köklərə bağlılığından söz açdılar. Ədəbi-bədii kompozisiyalı açılış mərasimində qardaş xalqların musiqiçiləri geniş konsert proqramı ilə yaddaqalan çıxış etdilər.

Daha bir mədəniyyət layihəsi də ötən il reallaşdırıldı. Belə ki, Parisdə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komissiyanın 9-cu sessiyasının noyabrın 26-da keçirilən iclasında xalqımızın ən qədim sənətkarlıq nümunələrindən olan kəlağayı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə qurumun qeyri-maddi mədəni irs üzrə peprezentativ siyahısına daxil edildi. Bu da Azərbaycan mədəni irsinin növbəti nailiyyətidir.

Beynəlxalq tədbirlərin sırasına Bakıda keçirilən Koreya Kinosu Festivalını da əlavə etməli olsaq, ümumiyyətlə, 2014-cü il Azərbaycanın mədəniyyət tarixinə ən çox beynəlxalq tədbirlərin keçirildiyi dövr kimi yazıldı. Bütün bunlar isə dövlətimizin inkişaf göstəricisinin və xalqımızın zəngin tarixə, etnoqrafiyaya və mədəniyyətə malik olmasının təbliği şəbəkəsinin və auditoriyasının daha da genişləndirilməsi deməkdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 25 yanvar.- S.5.