Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri

adlı yeni elektron layihə təqdim edilib

 

 

Yanvarın 28-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri adlı yeni elektron layihənin təqdimatı olub.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində kitabxananın direktoru Mayıl Əhmədov qəsbkar ermənilərin zaman-zaman işğalçılıq siyasəti aparmasından, torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışıb.

Daha sonra M.Əhmədov yeni elektron layihə barədə məlumat verib.

Digər çıxış edənlər də məkrli erməni siyasəti nəticəsində tarixdə baş vermiş qanlı cinayətlərdən söz açıblar.

 

Azərbaycan.-2015.- 29 yanvar.- S.4.