Azərbaycan, İranRusiya xarici işlər nazirləri: Üçtərəfli görüşdə səmərəli müzakirələr aparıldı

 

 

Aprelin 7-də üçtərəfli görüş başa çatdıqdan sonra Azərbaycan, İran Rusiya xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, bu formatda keçirilən görüşlər ölkələrimiz arasında daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır. O, görüşdəŞimal-Cənublayihəsinin inkişafı məsələsinin müzakirə edildiyini söyləyib bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyinin qeyd olunduğunu diqqətə çatdırıb. Aprelin 20-də İran Azərbaycan tərəfləri arasında görüşün keçiriləcəyini bildirən nazir deyib: “Bu görüşdə 8 kilometrlik Astara-Astara dəmir yolu körpüsünün tikintisi ilə bağlı məsələlər müzakirə ediləcək. Planlaşdırırıq ki, bu işlər ilin sonuna qədər başa çatacaq. Müzakirə olunacaq digər məsələ Rəşt-Astara dəmir yolu xəttinin tikintisi olacaq. Rusiya da bu layihədə maraqlıdır”.

 

Qeyd edilib ki, görüşdə nəqliyyat dəhlizinin yaradılması ilə bağlı bir sıra mühüm məsələlərə toxunulub. Həmçinin terrorizm, narkotik qaçaqmalçılığı kimi hallarla mübarizə üçün müvafiq qurumların üçtərəfli əsasda əlaqələrinin, mədəniyyət, turizm, sosial sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, gömrük Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər ətrafında da məsləhətləşmələr aparılıb.

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif görüşün səmərəli keçdiyini qeyd edib. O deyib: “Görüşdə əməkdaşlıq üzrə sahələri müəyyən etdik. İran-Azərbaycan-Rusiya nəqliyyat dəhlizi ilə bağlı layihə gündəlikdə olan ən əsas məsələdir. Paralel olaraq, biz terrorizmlə, ekstremizmlə mübarizə ilə bağlı məsələlərlə əlaqədar da əlaqəli işləyəcəyik. Eləcə mədəniyyət, turizm kimi sahələrdə əməkdaşlığımızı genişləndirməliyik. Biz inanırıq ki, bu cür üçtərəfli formatda əməkdaşlıq Azərbaycan, Rusiya İran xalqlarının maraqlarına xidmət edəcək. Bu, bütövlükdə regionun maraqlarına uyğundur, bölgədə sülhün, təhlükəsizliyin təmin olunması üçün vacibdir.

 

Görüşün kifayət qədər faydalı olduğunu söyləyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, uzunmüddətli səmərəli əməkdaşlıq üçün bir sıra istiqamətlər müəyyən olundu. İqtisadiyyat, energetika, nəqliyyat, siyasi təhlükəsizlik sahələrində əməkdaşlıq kimi məsələlər müzakirə edildi. Nazir deyib: “Beynəlxalq terrorizm, narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq bizim ortaq məqsədimizdir. Düşünürəm ki, bütün bu sahələrdə işin üçtərəfli formatda qurulması daha böyük üstünlüklər verəcək. Biz, həmçinin əməkdaşlığımızın maliyyə tərəfini müzakirə etdik. Qərara aldıq ki, “Şimal-Cənublayihəsi ilə bağlı müvafiq qurumlarımız fəaliyyətə başlamalıdır. Nəqliyyat nazirliklərimiz bu layihənin texniki maliyyə məsələlərini müzakirə edəcəklər”. Rusiyalı nazir qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli formatda müxtəlif sahələrdə mövcud olan əlaqələrin üçtərəfli formatda genişləndirilməsi xalqlarımızın maraqlarına tam uyğundur.

 

Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə toxunan Sergey Lavrov deyib ki, cəbhədə qarşılıqlı etimadın təmin edilməsi çox vacibdir. Ancaq bu, o demək deyil ki, biz münaqişənin siyasi həlli yollarını axtarmamalıyıq. Rusiya əlindən gələni edəcək ki, məsələ ilə bağlı son illər apardığı işi davam etdirsin.

 

 

   AZƏRTAC

Azərbaycan.- 2016.- 8 aprel.- S.3