Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsi

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi (bundan sonra - İdarə) Bakı şəhərindəki Dənizkənarı bulvarın, o cümlədən Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanı Kompleksinin və Dövlət Bayrağı Muzeyinin fəaliyyəti, mühafizəsi, perspektiv inkişafı və bərpası sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. İdarə müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplarablanklara malikdir.

1.5. İdarənin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. İdarə Bakı şəhərində yerləşir.

2. İdarənin fəaliyyət istiqamətləri

2.0. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Dənizkənarı bulvarın, Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanı Kompleksinin və Dövlət Bayrağı Muzeyinin fəaliyyəti, mühafizəsi, perspektiv inkişafı və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirmək;

2.0.2. Dənizkənarı bulvara, o cümlədən Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanı Kompleksinə və Dövlət Bayrağı Muzeyinə dair proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək və onların perspektiv inkişafını təmin etmək;

2.0.3. Dənizkənarı bulvarın tarixi simasının saxlanılmasını, ərazinin zəngin florasının və təbii landşaftının bərpasını və inkişaf etdirilməsini, turizmrekreasiya üçün şərait yaradılmasını təmin etmək;

2.0.4. əhalinin mənəvi və estetik tələbatının ödənilməsi, istirahətinin təşkili, habelə sağlamlığının möhkəmləndirilməsi üçün teatrlaşdırılmış tamaşaların, kütləvi bayram proqramlarının, konsertlərin, musiqi və rəqs gecələrinin, sərgilərin, intellektual yarışlarınidman tədbirlərinin keçirilməsini təmin etmək.

3. İdarənin vəzifələri

3.0. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. fəaliyyət istiqamətləri üzrə Dənizkənarı bulvarın fəaliyyəti, mühafizəsi, perspektiv inkişafı və bərpası sahəsində dövlət proqramları və inkişaf konsepsiyaları layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.2. İdarənin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı digər icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;

3.0.3. Dənizkənarı bulvarın ərazisində hər hansı bərpa, təmir-inşaat, rekonstruksiya, regenerasiyakonservasiya layihələrinin şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş qaydada ekspertizasının keçirilməsi üçün tədbirlər görür, layihə və smeta sənədlərini müvafiq qurumlarla razılaşdırır və təsdiq edir, işlərin təsdiq olunmuş layihə sənədlərinə uyğun aparılmasının monitorinqini təşkil edir;

3.0.4. Azərbaycan Respublikasının Dövlət bayrağının mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ edir;

3.0.5. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müasir elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.0.6. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının aidiyyəti üzrə ayrılan vəsaitlərindən, kredit, qrant və digər maliyyə vəsaitlərindən təyinatına uyğun istifadə olunmasını təmin edir;

3.0.7. Azərbaycan Respublikasının Dövlət bayrağının və Dövlət Bayrağı Muzeyinin beynəlxalq və ölkə səviyyəsində təbliğini təşkil edir;

3.0.8. öz fəaliyyəti haqqında, habelə Dənizkənarı bulvar ərazisində keçiriləcək tədbirlər barədə məlumatların yerləşdirilməsini təmin edir;

3.0.9. fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;

3.0.10. Dənizkənarı bulvarın ərazisində törədilmiş inzibati xətalar və digər hüquq pozuntuları barədə müvafiq dövlət orqanlarına müraciət edir;

3.0.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.0.12. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə təkliflər verir;

3.0.13. İdarənin fəaliyyəti ilə bağlı daxil olan təklif və müraciətlərə baxır və müvafiq tədbirlər görür;

3.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. İdarənin hüquqları

4.0. İdarə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Dənizkənarı bulvarın fəaliyyəti, mühafizəsi, perspektiv inkişafı və bərpası ilə bağlı hüquqi aktların hazırlanmasında iştirak etmək və təkliflər vermək;

4.0.2. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.3. strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə Dənizkənarı bulvar ərazisində pullu kommunal xidmətlərin, nəqliyyat vasitələrinin parklanması xidmətlərinin, kiçikhəcmli gəzinti gəmiləri ilə sahilyanı dəniz gəzintiləri xidmətlərinin, habelə daimimövsümi xarakter daşıyan ticarət xidmətlərinin göstərilməsini təşkil etmək;

4.0.4. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dənizkənarı bulvar ərazisində reklam yerləşdirmək üçün icazə vermək, müvafiq müqavilə bağlamaq, habelə reklama dair texniki şərtlər pasportunu hazırlamaq;

4.0.5. bayram günlərində Dənizkənarı bulvar ərazisində atəşfəşanlığın təşkili üçün tədbirlər görmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə məlumatlar (sənədlər) almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fizikihüquqi şəxslərə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək, bu sahədə beynəlxalq təcrübəni öyrənmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə təhlil aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

4.0.9. fəaliyyət istiqamətləri üzrə işçilərin peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;

4.0.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.11. fəaliyyət istiqamətləri üzrə, bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.12. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. İdarənin fəaliyyətinin təşkili

5.1. İdarənin aparatı və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) İdarənin vahid sistemini təşkil edir. İdarə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. İdarənin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5.3. İdarənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.4. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. İdarənin rəisi İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.5. İdarə rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İdarə rəisinin müavinləri İdarə rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirirbunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.6. İdarənin rəisi:

5.6.1. İdarənin fəaliyyətini təşkil edirona rəhbərlik edir;

5.6.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə İdarənin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.6.3. İdarənin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir, strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) nizamnamələrini isə təsdiq olunmaq üçün təqdim edir;

5.6.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının və İdarənin strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.6.5. İdarənin aparatının işçilərini, İdarənin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.6.6. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.6.7. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.6.8. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.6.9. İdarəni təmsil edir;

5.6.10. İdarənin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

5.7. İdarənin rəisinin, rəisin müavinlərinin və aparatın işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatlar, müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, onların müavinlərinin və aparat işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.

5.8. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün İdarədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında Əsasnaməni İdarənin rəisi təsdiq edir.

 

 

Azərbaycan 2016.- 24 aprel.- S. 3.