Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmişİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 684, ¹ 7, maddə 1261) ilə təsdiq edilmişİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.2.13-1-ci yarımbənd əlavə edilsin:

“2.2.13-1. Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilisrus dillərində) fəaliyyət göstərən internet portalının fəaliyyətini, malların istehsalçıları tərəfindən məlumatların həmin portalda yerləşdirilməsi üçün təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini və portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 1 dekabr.- S. 3.