Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanışlıq zamanı “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda həyata keçirilən işlərdən, neftqazdan asılılığı azaltmaq üçün icra olunan layihələrdən danışıb.

Prezident İlham Əliyev Azərbaycanın qlobal kibertəhlükəsizlik çağırışları ilə bağlı həyata keçirdiyi işlərə toxunub, “Bakutel-2016” sərgisinin əhəmiyyətini vurğulayıb.

 

Azərbaycan.- 2016.- 1 dekabr.- S. 3.