Azərbaycan XV Berlin Təhlükəsizlik Konfransında təmsil olunub

 

Noyabrın 29-30-da Almaniyanın paytaxtında XV Berlin Təhlükəsizlik Konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasını daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da tədbirdə iştirak edib.

Konfransda Avropa Parlamentinin, Avropa Xarici Fəaliyyət Xidmətinin təmsilçiləri, eləcə Almaniya, Fransa Avropanın bir sıra ölkələrinin təhlükəsizlik müdafiə məsələləri ilə məşğul olan qurumlarının rəhbər işçiləri, müdafiə sənayesi müəssisələrinin, Berlində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mətbuat təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı Avropa İttifaqı qarşısında duran təhlükəsizlik çağırışlarına birgə cavab verilməsinin, xüsusilə Şengen zonasına daxil olan ölkələrdə təhlükəsizlik müdafiə məsələlərinin tənzimlənməsi istiqamətində mühüm addımların atılmasının vacibliyi qeyd olunub. Avropa İttifaqının vahid təhlükəsizlik müdafiə siyasətinin həyata keçirilməsindən bəhs olunub, təhlükəsizliyin təmin edilməsi bu baxımdan beynəlxalq terrorizmə qarşı mübarizənin, habelə digər sahələrdə birgə əməkdaşlığın daha da gücləndirilməsinin labüd olduğu vurğulanıb. Eyni zamanda, Avropa İttifaqı Şurasının dekabr ayında nəzərdə tutulmuş iclası ərəfəsində Almaniya ilə Fransa, habelə NATO ilə Avropa İttifaqı arasında təhlükəsizlik müdafiə sahəsində daha səmərəli əməkdaşlıq məsələsi geniş müzakirə mövzusu olub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 1 dekabr.- S.7.