Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib

 

Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib.

Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Şuranın üzvləri və Azərbaycandakı dini konfessiyaların rəhbərləri iştirak ediblər.

İclasda Qafqaz Xalqları Ali Dini Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə son dövrlər həyata keçirilmiş tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib. Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Qafqaz müftilərinə çatdıran A.Paşazadə ümumqafqaz əhəmiyyətli dini-mənəvi məsələlər barədə fikirlərini bölüşüb.

Şeyxülislam Allahşükür Paşazadə cari ilin avqustun 27-də Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində Çeçenistanın mərhum Prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirakı və məruzəsi barədə Şura üzvlərini məlumatlandırıb. O, oktyabrın 5-də Çeçenistan Respublikasının başçısı seçilmiş Ramzan Kadırovun rəsmi andiçmə mərasimində Qafqaz müsəlmanlarının dini lideri kimi iştirakı barədə də danışıb. Qafqaz müsəlmanları, o cümlədən Azərbaycan xalqı adından yenidən Çeçenistanın rəhbəri seçilmiş R.Kadırovu səmimi qəlbdən təbrik etdiyini bildirən şeyxülislam A.Paşazadə onu, sabiq Prezident Əhməd Kadırovun siyasi və mənəvi yolunun layiqli davamçısı kimi görməkdən məmnun olduğunu diqqətə çatdırıb.

A.Paşazadə Qroznıya səfəri çərçivəsində Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev və digər müftilərlə görüşünü, orada müzakirə etdikləri məqamları xatırladıb.

Şura sədri bu ilin martında iştirak etdiyi Şimali Osetiya-Alaniya müsəlmanlarının qurultayı, Qaraçay-Çərkəz müsəlmanlarının IX hesabat-seçki qurultayı, Kabarda-Balkar müsəlmanlarının VII qurultayı barədə də məlumat verib. Müfti vəzifəsinə yenidən yekdilliklə seçilmiş Hacımurat Qatsalovu, İsmayıl Berdiyev və Həzrətəli Dzasejevi Şura adından bir daha təbrik edib. Şeyxülislam A.Paşazadə səfərləri çərçivəsində Şuranın keçirilmiş işçi iclasları haqqında danışıb.

Çeçenistanın yeni müftisi Salah Mejiyevin Şuraya üzv seçilməsi məsələsi səsə qoyulubS.Mejiyev yekdilliklə Şuranın üzvü kimi təsdiqlənib.

Şeyxülislam A.Paşazadə Rusiya Federasiyasının Qafqazdakı subyekt rəhbərləri ilə söhbətləri və görüşləri, habelə Moskvabütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillin 70 illik yubileyi çərçivəsində Rus Pravoslav Kilsəsi rəhbəri ilə keçirdiyi görüşlər, iştirakçısı olduğu təntənəli mərasimlər, Roma Papası Fransiskin Azərbaycana səfəri zamanı onunla görüşü barədə Şura üzvlərini məlumatlandırıb.

Daha sonra Şimali Qafqaz müftiləri ilə birgə görülmüş işlərin hesabatı dinlənilib, qarşıda duran məsələlər müzakirə olunub. Bölgədə və dünyada baş verən proseslərin fonunda din xadimlərinin vəzifələri, Şimali Qafqazın din xadimlərinin xalqların və dövlətlərin mənafeləri naminə üzərlərinə düşən məsuliyyət və vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

A.Paşazadə Rusiya, İran və Azərbaycan prezidentlərinin bu il Bakıda keçirilmiş üçtərəfli görüşünün regionalqlobal problemlərin həllinə böyük töhfə verdiyini diqqətə çatdırıb. Din xadimlərinin də hər üç ölkədə görüşlər keçirməsinin dostqonşu xalqların, dövlətlərin mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Bu xüsusda, şeyxülislam A.Paşazadə dekabrın 1-də Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” beynəlxalq konfransı, həmçinin İran İslam Respublikası hökumətinin dəvəti ilə dekabrın 3-6-da bu ölkəyə planlaşdırılan səfəri, “Qafqazda İslamdini konfransı barədə məlumat verib. O bildirib ki, İrana səfəri çərçivəsində Şura üzvlərinin Tehran, Məşhəd və Qum şəhərlərində ali dövlət və din xadimləri ilə görüşləri nəzərdə tutulur.

Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şura üzvlərinə ölkəmizdə elan olunanMultikulturalizm ili” çərçivəsində Böyük Britaniyaya, İspaniyaya, İsveçə, İordaniya Haşimilər Krallığına Al əl-Beyt Akademiyasının həqiqi üzvü kimi etdiyi səfərlər barədə də danışıb.

İclasda çıxış edən Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev Qafqazın dini-mənəvi həyatına dair bütün məsələlərin həllində şeyxülislam Allahşükür Paşazadənin müdrik ağsaqqal mövqeyinə hər zaman ehtiyac olduğunu vurğulayıb. Daha sonra Şuranın digər üzvləri çıxış ediblər.

Şeyxülislam A.Paşazadənin rəhbərliyi ilə Şura üzvləri Fəxri xiyabana gedərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

 

Azərbaycan.- 2016.- 2 dekabr.- S. 7.