2017-ci ilin dövlət büdcəsi layihəsi strateji inkişaf prioritetləri nəzərə alınmaqla hazırlanıb

 

Dekabrın 1-də Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclası keçirildi. İclasa sədrlik edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, eləcə də büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihələrinin olduğunu bildirdi.

 

Əsas məqsədlərdən biri makroiqtisadi sabitliyin təmin edilməsidir

 

Maliyyə naziri Samir Şərifov bildirdi ki, 2017-ci il dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ölkənin strateji inkişaf prioritetləri, ortamüddətli büdcə və maliyyə siyasəti, iqtisadisosial inkişaf göstəriciləri və makroiqtisadi proqnozların təhlili nəzərə alınmaqla hazırlanıb. Təqdim edilən layihə son dövrdə ölkəmizdə mahiyyət etibarilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyətin yarandığını əks etdiriryeni postneft iqtisadi inkişaf mərhələsinə keçidin şərtləndiyi çağırışları nəzərə alınıb. Dünya enerji bazarlarına təklifin artması, tələbin isə həmin artımla zəif ayaqlaşması ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxilolması mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şərtləndirir. Düzdür, cari ildə neftin qiyməti 2016-cı ilin fevral ayında dövlət büdcəsinə düzəlişlər zamanı qəbul edilmiş neftin bir bareli üzrə 25 dollar səviyyəsindən yuxarıdır. Ötən 10 ay ərzində orta qiymət barel üzrə 43 dollar təşkil edib.

Bu və digər iqtisadi amillər nəzərə alınaraq Azərbaycanın iqtisadi siyasətinin əsas məqsədlərindən biri dünya iqtisadiyyatında baş verən qlobal proseslərin yaratdığı risklərin iqtisadiyyatımıza mövcud təsirləri, həmçinin ölkəmizin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri nəzərə alınmaqla makroiqtisadi sabitliyin təmin edilməsidir. Büdcə layihəsində göstərilir ki, makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla ortamüddətli büdcə-vergi siyasətinin əsas vəzifələri məcmu fiskal intizama riayət olunmasından, resursların strateji bölgüsünün aparılması və dövlət xidmətlərinin səmərəliliyinin təmin olunmasından ibarətdir. Bu vəzifələrə uyğun olaraq növbəti il və sonrakı 3 ildə fiskal yığcamlaşdırma siyasəti davam etdiriləcək, dövlət büdcəsi xərcləri optimallaşdırılaraq qənaətlə icra ediləcək. Dövlət sektorunda xərclərin səmərəliliyi daha da artırılacaq, dövlətin borc və öhdəlikləri vaxtında və tam həcmdə yerinə yetiriləcək, dövlət borcu strateji layihələr və yenidən maliyyələşdirmə ilə bağlı borclanma istisna olmaqla sərt limitləşdiriləcək, Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert tədricən azaldılacaq, qeyri-neft sektoruonun aparıcı sahələrində qabaqlayıcı artım sürətinə malik olan, qeyri-neft ixracına əsaslanan iqtisadi artım modelinə keçid dəstəklənəcək. Gələn il üçün dövlət büdcəsində 1 barel xam neftin qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulur.

Layihəyə əsasən, Azərbaycanın 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat müəyyən edilib. Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2 faizya 7 milyard 855 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1 milyard 370 mln. manatya 14,9 faiz azdır. Neft sektoru üzrə büdcə gəlirlərinin 77,7 faiziya 6,1 milyard manatı ARDNF-dən transfertlər (cari ilin proqnozu ilə müqayisədə 1 milyard 515 milyon manat, yaxud 19,9 faiz az), 22,3 faiziya 1 milyard 755 milyon manatı isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar (cari ilin proqnozu ilə müqayisədə 145 milyon manatya 9 faiz çox) təşkil edəcək.

Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 50,8 faizya 8 milyard 100 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503 milyon manat, 2015-ci ilin faktı ilə müqayisədə isə 821,9 milyon manat çoxdur.

2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 milyard 210 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmalar nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 200 milyon manatya 2,9 faiz çoxdur. Büdcə gəlirlərinin 2,2 milyard manatı isə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək ki, bu da cari illə müqayisədə 390 milyon manatya 21,5 faiz çoxdur.

Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə bir sıra enerji məhsulları üzrə differensiallaşdırılmış tariflərin tətbiq edilməsi məqsədəuyğun hesab olunub. Bununla əlaqədar olaraq 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulan gəlirlərin artırılmasına ehtiyac yaranır. Həmin artımın əhəmiyyətli hissəsi Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək.

 

Sosial sahə diqqət mərkəzindədir

 

2017-ci il dövlət büdcəsinin xərcləri 16 milyard 600 millyon manat təşkil edəcək. 2017-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58,7 faizi həcmində və ya 9 milyard 745,2 milyon manat, əsaslı xərclərə ümumi xərclərin 31,4 faizi həcmində və ya 5 milyard 213 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,9 faizi həcmində və ya 1 milyard 641,8 milyon manat yönəldiləcək. 2017-ci il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin xüsusi çəkisi 40,3 faiz olmaqla (əvvəlki illə müqayisədə 5,7 faiz-bənd çox) 6 milyard 686 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 292,4 mln. manatya 4,6 faiz çoxdur.

2017-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri üçün 4 milyard 977 milyon manat vəsait nəzərdə tutulur. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 30 faiz təşkil edəcək.

Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulur.

2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1,1 faiz təşkil edəcək. Belə ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 milyon manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, xarici qrantlardan daxilolmalar və digər mənbələr hesabına həyata keçiriləcək.

Azərbaycan Respublikasının 2017-ci il icmal büdcəsinin gəlirləri 19 milyard 720,7 milyon manatya əvvəlki ilə nisbətən 5 milyard 559,9 milyon manat (39,3 faiz) çox, xərcləri 20 milyard 967,2 milyon manat nəzərdə tutulur. İcmal büdcənin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 milyard 400 milyon manat proqnozlaşdırılır. Fondun xərclərinin 1 milyard 270 milyon manatı dövlət büdcəsindən birbaşa transfert hesabına örtüləcək. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 milyard 951,3 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 348,4 milyon manat təşkil edəcək.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, sosial xərclərin artırılması Prezident İlham Əliyevin bu sahəyə olan diqqətinin bariz nümunəsidir. Səhiyyə xərclərindən danışan komitə sədri dedi ki, bu, əhaliyə tibbi xidmətin sabit vəziyyətdə saxlanılmasına imkan verəcək. Onun sözlərinə görə, səhiyyəyə ayrılan vəsait müvafiq dövlət proqramlarının da uğurla həyata keçirilməsinə şərait yaradacaq.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə gələn ilin dövlət büdcəsinin layihəsinin dəqiq hesablamalar, təhlillər nəzərə alınmaqla tərtib edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, gələn ilelm və təhsil sahəsində islahatların davam etdiriləcəyi büdcə layihəsindən aydın görünməkdədir. Layihənin Azərbaycanın inkişaf reallıqlarını özündə əks etdirdiyini deyən komitə sədri onun Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılmasını məqsədəuyğun saydı.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı büdcə layihəsinin ədalətli, mükəmməl və mövcud reallığa uyğun hazırlandığını bildirdi. Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov gələn ilin dövlət büdcəsi layihəsinin mövcud imkanlar çərçivəsində son dərəcə səriştə və yüksək peşəkarlıqla hazırlandığını diqqətə çatdırdı.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi qurumun gələn ilin dövlət büdcəsi ilə bağlı rəyini diqqətə çatdırmasından sonra müzakirələr başladı. Deputatlardan Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Rəşad Mahmudovİlham Məmmədov layihə ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər.

Yekunda maliyyə naziri S.Şərifov səslənən təkliflərə münasibət bildirdi və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

 

DSMF-nin büdcəsi mövcud reallıqlar əsasında tərtib edilib

 

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim etdi. Onun sözlərinə görə, son dövrlərdə sosial-müdafiə sisteminin avtomatlaşdırılması sahəsində atılan addımlar, əmək müqavilələrinin elektron qeydiyyat bazasının, eləcə də avtomatlaşdırılmış ünvanlı sosial yardım, əlillik və pensiya təyinatı sisteminin formalaşdırılması vəsaitlərdən istifadədə səmərəliliyin artırılması vəzifəsinin yerinə yetirilməsinə imkan verib. Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin layihəsi cari ilin keçmiş dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, DSMF-nin 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə büdcəsinin icrasının nəticələri, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meyilləri, sığorta pensiya sisteminin əsas parametrlərinin dəyişməsi göstəricilərinə istinad olunaraq tərtib edilib.

S.Müslümov dedi ki, 2016-cı ilin 10 ayı ərzində DSMF-nin büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 200 milyon manat artaraq 2 milyard 631 milyon manata çatıb: “Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faizya 81 milyon manat artaraq 1 milyard 534 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,2 faiziniya 985 milyon manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faizya 42,3 milyon manat çoxdur”.

Qeyd edildi ki, 2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir. Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5 faizini, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2 faizini təşkil edəcəyi gözlənilir. Əməkqabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1 faizini təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7 faiz artaraq 508 manata çatacaq. 2017-ci ildə pensiya sisteminə daxil olacaqpensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əsasında əmək pensiyaçılarının orta illik sayını formalaşdırıb ki, bu da təqribən 1 milyon 324 min nəfər nəzərdə tutulur. Bu, hazırda orta illik saydan təqribən 16 min nəfər çoxdur.

Bildirildi ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi layihəsində proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 milyon manatın sərf olunacağı nəzərdə tutulur.

Sonda “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Həmçinin “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun laiyhələri də Milli Məclisin plenar iclasına tövsiyə edildi. Qanun layihələrinə əsasən, 2017-ci il üçün yaşayış minimumunun 155 manat, ehtiyac meyarının isə 116 manat olması nəzərdə tutulur.

 

Rəşad CƏFƏRLİ,

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2016.- 2 dekabr.- S. 6.