Azərbaycan multikulturalizm toletantlıq diyarıdır

 

Milli İncəsənət Muzeyində Multikulturalizm tolerantlıq diyarı Azərbaycan layihəsi çərçivəsində görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib. Öncə Azərbaycan təsviri sənətində multikultural tolerant dəyərlər mövzusunda konfrans sərgi kataloqunun təqdimatı olub.

Muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova layihənin məqsədi haqqında danışaraq bildirib ki, əsas vəzifə ölkəmizdəki multikultural tolerant mühiti təsviri sənət vasitəsilə ictimaiyyətə çatdırmaqdır.

Layihənin rəhbəri, sənətşünas Dilarə Müzəffərli Multikulturalizm ilində belə bir sərginin keçirilməsini əlamətdar hadisə adlandırıb. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov təsviri sənətdə multikultural dəyərlərə geniş yer verildiyini vurğulayıb.

Üç gün davam edən sərgidə Salam Salamzadə, Kazım Kazımzadə, Maral Rəhmanzadə, Güllü Mustafayeva, Kamil Xanlarov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Elbəy Rzaquliyev, Cahangir Rüstəmov, Tahir Salahov, Toğrul Nərimanbəyov və s. kimi görkəmli xalq rəssamlarının xalqlar dostluğunu tərənnüm edən, multikultural dəyərləri əks etdirən rəngkarlıq və qrafika əsərləri nümayiş olunub.

 

Azərbaycan.- 2016.- 3 dekabr.- S.7.