Dünya sivilizasiyaları və yaradıcı turizm

 

Bolqarıstanın paytaxtı SofiyadaDünya sivilizasiyaları və yaradıcı turizmmövzusunda beynəlxalq konqres keçirilib. Konqresdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti də iştirak edib.

Üç gün davam edən tədbir müxtəlif ölkələrdən turizm nazirlərini, bu sahəyə məsul rəsmiləri, dövlət və özəl sektorun təmsilçilərini, beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri, turizmdünya sivilizasiyaları üzrə ekspertləri bir araya gətirib. Burada turizm və memarlıq, dizayn, incəsənət, texnologiya, elm və digər sahələr arasında əməkdaşlıq vasitəsilə dünya sivilizasiyalarının necə həyata qaytarılması müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin bir sıra görüşləri olub. Bolqarıstan Səyahət Agentlikləri Assosiasiyasının prezidenti Svetlana Atanasova ilə görüş zamanı Azərbaycanın turizm siyasətindən  söhbət açılıb, zəngin mədəniyyət və mədəni sərvətlərinin təbliği baxımından ölkəmizin mühüm məkan olduğu diqqətə çatdırılıb. İki ölkə arasında turizm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, Bolqarıstanın daimi olaraq Azərbaycanin Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirakının, turizm şirkətləri arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.

Azərbaycanda sağlamlıq turizminin inkişafından  da bəhs edilib. Unikal bioloji keyfiyyətlərə malik olan dünya şöhrətliNaftalanbalneoloji kurortu, “Duzdağfizioterapiya mərkəzi bu kurortların turistlər üçün cəlbediciliyi barədə məlumat verilib. Həmçinin elektron viza sisteminin tətbiqilə Azərbaycanın turistlər üçün daha rahat ziyarət edilə biləcək ölkəyə çevrildiyi vurğulanıb. Azərbaycanın multikultural irsə malik ölkə olduğu, burada müxtəlif turizm marşrutlarının mövcudluğu barədə məlumat verilib.

Svetlana Atanasova rəhbərlik etdiyi assosiasiyanın 100-ə yaxın turizm agentliyi operatorunu birləşdirdiyini diqqətə çatdırıb, iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu söyləyib.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova səfirlik tərəfindən Bolqarıstanda Azərbaycanın tarixi mədəniyyəti ilə bağlı təşkil olunan müxtəlif tədbirlər barədə danışıb. Səfir Sofiyanın Ekspo Mərkəzində xeyriyyə bazarında Azərbaycan mətbəxinin təmsil olunacağını Sofiya Universitetində Qafqaz Albaniyası irsinə həsr olunan tədbirin keçiriləcəyini bildirib.

 

Azərbaycan.- 2016.- 3 dekabr.- S.8.