Cəbhə bölgəsində yaşayan əhali ölkə başçısının güclü dəstəyini və qayğısını daim hiss edir

 

Prezident İlham Əliyevin Tərtər və Ağdam rayonlarına səfəri bunu bir daha təsdiqlədi

 

Ali Baş Komandan İlham Əliyevin bu günlərdə Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər və Ağdam rayonlarına səfəri orada yaşayan əhalinin əhvali-ruhiyyəsini daha da yüksəltdi. Düşmənlə üz-üzə yaşayan əhali Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini və qayğısını bir daha hiss etdilər. Dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi.

Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttində yerləşən kəndlərdə yaşayan insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü cənab İlham Əliyevin Ali Baş Komandan kimi şücaətinin göstəricisidir. Cari ilin aprelin əvvəllərində Ermənistanın silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini iriçaplı silahlardanartilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəymişdi. Təkcə bir faktı deyək ki, ermənilərin törətdikləri vəhşiliklər nəticəsində Ağdamda 743 ev dağıdılmış, Tərtərin yaşayış məntəqələrində isə 250 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev isə tamamilə dağıdılmışdı.

Baş verən hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Dövlət başçısı tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermişdi.

Prezident İlham Əliyevin erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına yönələn sərəncamına əsasən, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan hər birinə 3 milyon manat vəsait ayrılmışdı. Ölkə başçısı ötən müddətdə iki dəfə cəbhə bölgəsinə səfər etmiş və sərəncamdan irəli gələn vəzifələrin icra vəziyyəti ilə yaxından tanış olmuşmüvafiq tapşırıqlar vermişdi.

Budəfəki səfər bir daha təsdiqlədi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə gedərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir. Ölkə başçısı hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların sosial müdafiəsini gücləndirmək, həyat və şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür.

Prezident İlham Əliyev Ağdam rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib: “O vaxt burada evlər dağılmışdı, mənzərə çox acınacaqlı idi. Bu gün isə 7 ay keçəndən sonra artıq yeni tikilmiş evə baxırıq. Azərbaycan dövləti qısa müddət ərzində lazım olan bütün tədbirləri görüb. Təkcə Ağdam rayonunda 700-dən çox ev yenidən tikilib, əsaslı bərpa edilibcari təmir işləri aparılıb.

Mən mayın 1-də burada olarkən demişdim ki, vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox, Tərtər rayonunda 250-yə yaxın ev təmir edilditikildi. Cəmi 6-7 ay ərzində. Bu, ilk növbədə, dövlətimizin gücünü göstərir ki, biz bunu etməyə qadirik. Digər tərəfdən, bu, apardığımız siyasətin nəticəsidir, onun təzahürüdür.

Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır. Bir neçə ay ərzində belə geniş quruculuq işlərinin aparılması bir daha bizim siyasətimizi göstərir.

O vaxt biz burada olarkən aprel döyüşlərindən cəmi 1 ay keçmişdi. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi - həm vətəndaşlar, həm hərbçilər. Hərbçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstərmişlər, düşmənə layiqli cavab vermişlər, işğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə bax burada, bu yerdə, o vaxt dağılmış bu evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların bir nəfəri yerindən tərpənmədi. Ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar”.

Cari ilin aprelində baş verən hadisələr zamanı o da məlum oldu ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın dəstəyi ilə qarşılandı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktikistrateji hazırlıq səviyyəsi və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdı. İndiki dövr üçün qarşıya qoyulmuş məqsədin reallaşdığını, müəyyən geosiyasi amilləri, habelə müxtəlif ölkə və təşkilatların rəhbərlərinin çoxsaylı çağırışlarını nəzərə alan ölkə rəhbərliyi atəşkəsin dayandırılmasına qərar versə də, dördgünlük müharibə ərzində xalqımız həsrətində olduğu qələbənin şirinliyini dada bildi.

Azərbaycan Ordusu düşmən təxribatının qarşısını qətiyyətlə aldı və erməni qüvvələri böyük itkilər verərək geri çəkilmək məcburiyyətində qaldı. Ordumuz təmas xəttində üstünlüyü tamamilə ələ alaraq döyüş mövqelərimizi daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər bu gün düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnikadöyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan dövlətinin prinsipial mövqeyini bir daha nümayş etdirib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indibizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər”.

Azərbaycanda hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Ağdam və Tərtər rayonlarında Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağılmış evlərin yerində cəmi yeddi ay müddətində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ölkə vətəndaşlarına göstərilən diqqətin daha bir nümunəsidir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 6 dekabr.- S. 1, 6.