Bazar iqtisadiyyatının tələbləri və sosial ədalət prinsipi

 

Bunlar bir-birini tamamlayanda məqsədə daha tez çatmaq olur

 

Elə bir zaman yetişib ki, iqtisadi inkişafa nail olmaq, yaxud iqtisadi böhrandan qurtulmaq üçün əhalinin sosial müdafiəsi xərclərindən kəsmək lazım gəlir. Günü bu günilk yanaşmada ədalətsiz xilas yolu təsiri bağışlayan belə siyasətə aid nə qədər lazım olsa misal göstərmək mümkündür.

Götürək İspaniya, Portuqaliya, Yunanıstan və Avropa İttifaqının üzvü olan digər ölkələrə son vaxtlar verilən kreditlərin şərtlərini - kommunal xərclər artırılmalı, sosial ödənişlər və pensiyalar azaldılmalı, mərkəzi icra və dövlət orqanlarında ixtisarlar aparılmalıdır və s. Sözsüz ki, hətta minimum əməkhaqqının, zəruri istehlak səbəti xərcinin digər regionlarla müqayisədə qat-qat çox olduğu Avropada belə əhali bu cür sərt şərtləri məmnunluqla qəbul etmir. Axı kim istəyər ki, yüksək pensiyasından, yaxşı maaşlı işindən, eninə-uzununa istifadə etdiyi ucuz kommunal xidmətlərdən və s.-dən məhrum olsun. Amma kimdir bazar iqtisadiyyatının tələbləri olan yerdə onların istəyini soruşan?!

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dekabrın 2-də Zərdab, növbəti gün isə Tərtər və Ağdam rayonlarına səfər etmişdir. Dövlət başçısı ənənəsinə sadiq qalaraq bu səfərlərində də rayonlarda bir neçə sosial, mədəni və infrastruktur obyektlərinin açılışlarında iştirak etmiş, cəbhə bölgəsindəki hərbi hissədə olmuş, sakinlərin aprel döyüşlərində dağıdılmış evlərində aparılan bərpa və yenidənqurma işləri ilə maraqlanmışdır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin regionlara səfəri həmişə həmin bölgənin sosial-iqtisadi həyatında yaddaqalan hadisələr - açılış və təməlqoyma mərasimləri ilə zəngin olur. Bu gün ölkənin rayonlarında təyinatından asılı olmayaraq elə bir obyekt yoxdur ki, ya onun istifadəyə verilməsində, ya da təməlinin qoyulmasında, çox vaxtsa hər ikisində dövlət başçısı iştirak etməsin. Bu baxımdan Prezidentin regionlara son səfəri də istisna olmadı.

Amma burada bəlkə də çoxlarının ciddi əhəmiyyət vermədiyi, əslində isə çox ciddi əhəmiyyət verilməli olan bir məqam var. Bu məqam Prezidentin bölgələrə - xalqın arasına səfərini seçdiyi zamanla bağlıdır. Ola bilsin, bu səfərin tarixi çox-çox əvvəl müəyyən olunmuşdu. Dövlət başçısıdır, onun hər səfərinin, hər görüşünün, iştirak edəcəyi hər tədbirin vaxtı dəqiqəsinəcən əvvəlcədən protokollaşdırılır. Bununla belə, Prezidentin regionlara son səfərinin Tarif Şurasının məlum qərarından, demək olar, dərhal sonra reallaşması həqiqətən çox ciddi əhəmiyyət veriləsi məqamdır. Bəlkə də başqa ölkə və başqa dövlət başçısı olsaydı, belə bir həssas zamanda xalqla birbaşa təmasdan çəkinərdi. Amma məsələ bundadır ki, nə Azərbaycan həmin ölkələrdəndir, nə də İlham Əliyev elə dövlət başçılarından.

Çünki Azərbaycanda hətta maliyyə və iqtisadi imkanların heçgeniş olmadığı indiki dövrdə belə nə edilirsə, xalq üçündür. Prezidentin son səfəri zamanı açılışını etdiyi və təməlini qoyduğu obyektlərə nəzər salaq: əsaslı təmir olunaraq yenidən qurulan Zərdab Rayon Mərkəzi Xəstəxanası, Tərtər çayı üzərində yeni körpü, Tərtər şəhərinin yenidən qurulan içməli si təchizatı və kanalizasiya sistemi, Tərtərdə Şahmat məktəbi, yeni körpələr evi-uşaq bağçası, yeni inşa olunan hərbi hissə, Ağdamda Bayraq muzeyi, cəbhə xəttinə yaxın ərazilərdə yaşayanaprel döyüşlərində yurdları dağılmış əhali üçün tikilən evlər və s. Göründüyü kimi, bütün bunlar hamısı birbaşa əhalinin sosial problemlərinin həlli ilə bağlı olan obyektlərdir, hamısı da bir-birindən vacib. Kim iddia edə bilər ki, bu gün səhiyyə müəssisələrinin yenidən qurulub müasir tibbi avadanlıqlarla təchiz olunan vaxtı deyil. Yaxud XXI əsrdə, özü də cəbhə xəttinə yaxın ərazidə yerləşən şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını kim bədxərclik hesab edər ki...

Biz sosial siyasətimizi bu günuğurla həyata keçiririk. Sosial siyasət bizim əsas istiqamətimizdir”. Bu sözləri Prezident İlham Əliyev Zərdab Mərkəzi Xəstəxanasının açılışındakı çıxışında söyləmişdir. Prezident elə həmin çıxışında bu siyasətlə yanaşı, dövlət səviyyəsində daha nələrə ciddi fikir verildiyini nəzərə çatdırmışdır: “Biz valyuta ehtiyatımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu bizə əminlik imkan verir ki, gələcəyə nikbinliklə baxaq”.

Amma bazar iqtisadiyyatı şəraitində gələcəyə nikbinliklə baxmağın bir şərti sosial ədalət prinsipi ilə iqtisadi inkişafı uzlaşdırmaq, başqa sözlə desək, onların bir-birinə əngəl olmamasını təmin etməkdir. Bəs Azərbaycanda necə, bu mürəkkəb məsələ həllini tapa bilirmi? Prezident sözügedən çıxışında həmin suala sadə sadə olduğu qədər dəqiq cavab vermişdir: “Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə davam etdirəcəyik”. Dövlət başçısının bu aydın qəti mövqeyi bir daha göstərir ki, Azərbaycanda iqtisadi inkişaf sosial ədalət prinsiplərinin gələcək məqsədlərə çatmaq üçün bundan sonra da bir-birini tamamlayacağı şübhəsizdir.

 

Raqif MƏMMƏDOV,

 

Azərbaycan.- 2016.- 7 dekabr.- S. 1, 5.