Reklam haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq, Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 156-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Reklam haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, 7, maddə 812) 32.1-ci maddəsinin birinci cümləsinə müəyyən edilmiş sözlərindən əvvəl maliyyə bazarlarına nəzarət orqanı tərəfindən sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 8 dekabr.- S.3.