İlham Əliyevin yeni iqtisadi islahatlar konsepsiyası

 

 

Əsas istiqamətlər üzrə strateji yol xəritəsi növbəti onillikdə Azərbaycanın iqtisadi inkişaf hədəflərini müəyyənləşdirdi

 

Prezident İlham Əliyevin ilin əvvəlində səsləndirdiyi “2016-cı il dərin islahatlar ili olacaq” bəyanatının belə geniş miqyası əhatə edəcəyini əslində çoxları gözləmirdi. Amma innovativ təşəbbüsləri, qlobal mahiyyətli planları ilə daim fərqlənən və onları uğurla tətbiq edən ölkə rəhbəri bu il ərzində də islahat proqramlarının sayını dəfələrlə artırmaqla, onların sistem ardıcıllığını təmin etməklə, ən əsası isə demək olar ki, bütün sahələrə yönəltməklə yeniliklərin tətbiqində qətiyyətli olduğunu göstərdi.

 

Qlobal çağırışların lokal gerçəkliyi

 

Artıq sonuncu ayını yaşadığımız 2016-cı il heç şübhəsiz tarixə böyük dəyişikliklər, inqilabi islahatlar dövrü kimi həkk olunacaq. Çünki ötən aylar ərzində birbaşa İlham Əliyevin müəllifliyi ilə iqtisadiyyatdan sosial sahəyə, dövlət idarəçiliyindən hüquq və azadlıqlara qədər bütün yönümlər üzrə fundamental islahatlar həyata keçirilib.

Bu islahatları şərtləndirən mühüm səbəblər vardı. Dünya iqtisadiyyatına inteqrasiya edən və bu sistemin bir parçasına çevrilən milli iqtisadiyyatımız qlobal böhranın fəsadlarından uzun illər qoruna bilsə də, bu təsirlər son illərdə müəyyən itkilərə rəvac verdi. Bir məqamı xüsusi vurğulamağa ehtiyac var ki, məhz İlham Əliyevin müəllifi olduğu və 2003-cü ildən etibarən həyata keçirdiyi İnkişafın Azərbaycan Modeli bu zərərli meyillərin digər ölkələrdəki kimi dağıdıcı təsir göstərməsinin qarşısını aldı, onu əsasən zərərsizləşdirdi, iqtisadi iflasasosial fəlakətə çevrilməsinə imkan yaratmadı. Dünya bazarında enerji qiymətlərinin üç dəfə aşağı enməsi, əsas iqtisadi-ticari tərəfdaşlarımızın iqtisadiyyatının ciddi tənəzzül yaşaması və valyutalarının tam dəyərdən düşməsi Azərbaycan büdcəsinin gəlirlərinə və manatın məzənnəsinə mənfi təsir göstərdi. Son iki il ərzində ölkə iqtisadiyyatı “kəmərləri bərkitmək” prinsipi əsasında qənaət və səmərəli xərclər rejiminə keçib.

Yeni makroiqtisadi vəziyyətə adekvat olaraq Prezident son illərdə təxirəsalınmaz tədbirlər planı hazırlamış, qlobal iqtisadi təlatümlərdən sığortalanmaq məqsədilə qanunvericiliyin təkmilləşməsindən sosial-iqtisadi sahədə böyük instutisional dəyişikliyə və məzmun yeniliklərinədək vacib təşəbbüslərə imza atmışdır. Ötən dövrdə bu sahədə həyata keçirilən işlərin ilkin nailiyyətləri artıq müşahidə olunurdaha mühüm nəticələrin qazanılacağına təminat yaradır.

Ümumiyyətlə, İlham Əliyevin islahatlarının uğurlu gedişini şərtləndirən əsas səbəb onların təməl prinsiplərinin düzgün müəyyənləşdirilərək hazırlanması və qlobal çağırışlardan lokal gerçəkliyədək bütün tələb-şərtlərə uyğunlaşdırılmasıdır. Həmçinin sosial-iqtisadi islahatların hüquqi-siyasi təkmilləşmə ilə bir-birini tamamlaması bu prosesin böyük risklərdən, arzuolunmaz nəticələrdən sığortalanmasını effektiv təmin edib.

 

İslahatlar ilinin prioritetləri

 

Bu kontekstdə xüsusi vurğulanacaq bir məqam da var: vətəndaşlarımız Əsas Qanuna əlavə və dəyişikliklərlə bağlı 26 sentyabr referendumunda Prezidentin geniş sistem islahatları, idarəçilikdə köklü yeniliklər və sosial-iqtisadi sferada daha da təkmilləşmə təklifinə mütləq dəstək verdi. Dövlət başçısının bu təşəbbüsü həm islahatların konstitusuion əsaslarını möhkəmləndirdi, həm də xalqın bu proseslərdə liderinə tam etimad mandatı verdiyini nümayiş etdirdi.

Bundan öncə isə qlobal böhran dövründə milli inkişafı qorumaq, iqtisadiyyatı şaxələndirmək və yeni iqtisadi strategiyanı tətbiq etmək məqsədilə çoxsaylı sərəncamlar, fərmanlar imzalandı, qanunlar qəbul olundu. Kompleks tədbirlərin başlanğıcı yeni strukturun - Prezidentin iqtisadi islahatlar üzrə köməkçi xidmətinin, eyni zamanda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisi oldu. Bu qərar ölkə rəhbərinin yeni fəaliyyət prioritetlərini də cəmiyyətə əyani göstərmiş oldu.

Bunun ardınca Prezidentin yanında və mərkəzi, yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şurasının, həmçinin Maliyyə Sabitliyi Şurasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, “ASAN Kommunal” mərkəzlərinin, “ASAN Viza” və “ABAD” publik hüquqi şəxsin və digər bu kimi qurumların yaradılması, “Made in Azerbaijanbrendinin təşviqi ilə bağlı kompleks hüquqi sənədlərin qəbulu, o cümlədən Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının formalaşması kimi addımlar müasir dövrün çağırışlarına cavab verməklə yanaşı, ölkə rəhbərinin apardığı genişmiyqaslı islahatların səmərəliliyini təsdiq etdi.

 

Üç dövrün strateji inkişaf istinadı

 

İlham Əliyevin yeni islahatlar kursunun istinad mənbəyi isə şübhəsiz ki, məhz milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri olacaq. Prezidentin fərmanı ilə artıq təsdiq olunan bu sənədin hazırlanmasına mart ayından başlanılmışdı.

Ölkə rəhbəri iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlilini və yeni iqtisadi inkişaf strategiyasının hazırlanmasını əsas məqsəd kimi müəyyənləşdirmişdi. Əsas sektorlar üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin inkişaf planlarının işlənilməsi üçün yaradılan İşçi qrupu yerlixarici ekspertlərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların, beynəlxalq qurumların iştirakı ilə bu prosesi uğurla tamamlayıb. Təqdirəlayiq haldır ki, açıq formatda aparılan müzakirələrdə vətəndaş cəmiyyəti təsisatlarının, o cümlədən vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.

Milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələri üç dörvü səciyyələndirəcək:

1. 2016-2020-ci illər ərzində iqtisadi

inkişaf strategiyası və tədbirlər planı;

2. 2025-ci ilədək olan dövr üçün

uzunmüddətli strateji baxış;

3. 2025-ci ildən sonrakı müddətə hədəf baxışı.

Yəni bu sənəd fundamental əsaslara malik olmaqla yanaşı, həm də hətta 10 il sonrakı dövrdə genişmiqyaslı inkişaf prosesinin nüvəsini təşkil edəcək. Azərbaycanın perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məhz bu sənədlərə - milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinə əsaslanacaq.

Milli iqtisadiyyat perspektivindən əlavə 11 əsas istiqamət üzrə də Strateji Yol Xəritəsi müəyyənləşib: neftqaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı; kənd təsərrüfatı məhsullarının istehsalı və emalı; kiçikorta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı; ağır sənaye və maşınqayırmanın inkişafı; ixtisaslaşmış turizm sənayesinin inkişafı; logistika və ticarətin inkişafı; uyğun qiymətə mənzil təminatının inkişafı; peşə təhsili və təliminin inkişafı; maliyyə xidmətlərinin inkişafı; telekommunikasiyainformasiya texnologiyalarının inkişafı; kommunal xidmətlərin (elektrikistilik enerjisi, suqaz) inkişafı.

 

İnkişafın Azərbaycan modeli keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

 

Qeyri-neft sektorunun daha sürətli inkişafının əsas məqsəd elan olunduğu (gələn il onun ÜDM-dəki xüsusi çəkisi 68 faizə çatacaq) indiki vaxtda bu sahələrin xüsusi prioritetlər kimi qəbul edilməsi ölkəmizin iqtisadi potensialının yüksəldilməsinə əsaslı töhfə olacaq. Ənənəvi neftqaz istiqaməti ilə yanaşı, aqrar sektorun (gələn il 4,9 faiz artım olacaq), turizmin (2017-ci ildə 7,4 faiz yüksəliş gözlənilir), rabitə və informasiya sisteminin (6,7 faiz artım proqnozlaşdırılır), nəqliyyatın (2,9 faiz artım olacaq) inkişafına xüsusi diqqətin ayrılması Azərbaycanın qlobal iqtisadi hədəflərini tam mənasında aydınlaşdırır.

Prezident bir müddət öncə hökumət üzvləri qarşısında konkret tələblər qoymuşdu: Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməli, idarəetmə mexanizmləri təkmilləşdirilməli, şəffaflıq tam şəkildə təmin edilməlidir.

İlham Əliyev iqtisadi islahatlar kursunun əsas hədəflərini isə belə müəyyənləşdirib: biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək veriləcək; xarici sərmayəni daha da böyük həcmdə cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi-maliyyə sistemi daha da təkmilləşdiriləcək; investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması, manatın məzənnəsinin sabitləşdirilməsi istiqamətində tədbirlər davamlı olacaq; kənd təsərrüfatının inkişafına yönələn səylər artırılacaq, məhsulların ixracı sürətləndiriləcək, bölgələrdə istifadəsiz qalan torpaqların səmərəli istifadəsi təmin ediləcək; on minlərlə ailənin maraqlarına cavab verəcək sosial mənzil layihəsinin hazırlanıb artıq icraya yönəldilməsi tezləşdiriləcək; əhalinin məşğulluq probleminin həllinə töhfə verəcək dövlətin kompleks tədbirlər proqramı tezliklə yekunlaşacaq; müxtəlif istiqamətlər üzrə hazırlanan nəqliyyat dəhlizləri layihələrinin tam işə düşməsi və tranzit daşımalarının səmərəli həyata keçirilməsi üçün dövlət tərəfindən təşəbbüslər daha da artırılacaq.

İstehsal və xidmətlər sahəsində 6 əsas sektoru, iki sosial və 3 infrastruktur sahəsini əhatə edən Strateji Yol Xəritəsi növbəti onillikdə ölkənin əsas iqtisadi strategiya sənədi olacaq. Beləliklə, İnkişafın Azərbaycan Modeli keyfiyyətcə yeni mərhələdə də öz nailiyyətləri ilə əlamətdar olaraq ölkəmizin qlobal böhrandan qorunmasını təmir edəcək və davamlı inkişafın istinadına çevriləcək.

 

İxtiyar HÜSEYNLİ,

 

Azərbaycan.- 2016.- 8 dekabr.- S.1.